Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Bin Ladeni tanıyaq

İçinə qapalı, inanclı ve nəzakətli uşaq - bir nömrəli terrorçu

Amerikalı mütəxəssislər Usamə Bin Ladenin bir güllə ilə öldürüldüyünü bildiriblər. Təslim olmaq haqqında əmrə tabe olmayan terrorçunu canlı həbs etmək mümkünsüz olub. 

Keçirilən DNT testinin də nəticələri açıqlanıb. Ağ Evin terrorla mübarizə üzrə məsləhətçisi Con Brennon sözlərinə görə ölən şəxs 99.9 faiz  Bin Ladenin özüdür.
Yayılan məlumatlara görə, Əl Qaidə lideri Usamə Bin Ladenin Pakistanda gizləndiyi binaya təşkil edilən basqında öldürülən qadın Bin Ladenin yoldaşı olub. O, Əl Qaidə lideri tərəfindən canlı qalxan kimi istifadə edilib. Con Brennan da bu məsələyə də aydınlıq gətirərək məlumatın doğru ola biləcəyinə diqqət çəkib.

Ancaq qərb mətbuatının yazdığına görə, Ağ Evin başqa səlahiyyətli nümayəndəsi bu məsələ ilə bağlı edilən açıqlamalara düzəliş edərək əmliyyatda Bin Ladenin həyat yoldaşının öldüyünü yox yaralandığını deyib.

Bin Ladenin cəsədi içinə ağırlıq qoyulan bir kəfənə bükülərək dənizə atılıb.

Bin Ladenin həyatı haqqında bir neçə bilgini sizlərə təqdim edirik:
Bin Laden Səudiyyə Ərəbistanın ən varlı ailələrindən birində 1957-ci ildə doğulub. O, Yəməndən Ciddəyə köçən, milyardlarla dollar sərmayəsi olan, inşaat imperiyası quran Məhəmməd Bin Ladenin 52 uşağının onyeddincisidir.
Anası təhsilli, gözəl qadın olub. “Chanel” brendinə məxsus geyimləri geyinmək üçün baş örtüsündən imtina edib.
Anasının Suriya əsilli olması Ladenin ailədə ayrıseçkiliyə məruz qalmasına səbəb olub.

Bin Laden uşaqkən içinə qapalı, inanclı və nəzakətli olub. 10 yaşında olanda atası ölüb və o, milyon dollarlıq miarsa sahib olub.

17 yaşında ilk dəfə evlənən Bin Laden radikallaşması 70-ci illərdə Ciddədəki Kral Abduləziz Üniversitetində təhsil aldığı dövrə təsadüf edir.

Bin Laden Əfqanıstanda Sovet işğalına qarşı vuruşub. O, 1989-cu ildə İslam imperiyası qurmaq xəyalına düşüb. Əl-Qaidə terror təşkilatını Pakistanda kirayələdiyi bir evdə qurub.

Bin Laden, 1998-ci ildə Amerikaya qarşı fətva verib və bundan sonra Amerikanın bir nömrəli düşməninə çevrilib.

Federal Təhqiqatlar bürosunun “ən çox axtarılan terrorçular” siyahısına başçılıq edib və onun “başına” 25 milyon dollar pul mükafatı qoyulub.

Bin Laden həm də şair olub. Onun məhəbbət qəzəlləri Əfqanıstanda populyardır. Dünya ədəbiyyatına böyuk marağı olan Ladenin ən sevdiyi yazıçı Qabriel Qarsiya Markes olub.

Günel






3 May, 2011  17:29 Baxılıb: 1164 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner