Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Apreldə Ermənistan-Azərbaycan cəbhə xəttində nələr yaşanıb?

Müdafiə Nazirliyi atəşkəsin fəsadları ilə bağlı açıqlama yaydı

Aprel ayında Ermənistan-Azərbaycan dövlət sərhədində və Qarabağ cəbhəsində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejimi 36 dəfə pozulub.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatları əsasında apardığı monitorinqin nəticələrinə görə, aprel ayında ermənilərin fəallaşması daha çox cənub cəbhəsində - Xocavənd, Füzuli və Cəbrayıl istiqamətlərində müşahidə olunub.

Aprel ayında atəşkəs rejiminin ən çox pozulması halı Füzuli rayonunda qeydə alınıb - 14 dəfə.

Atəşkəsin pozulması faktlarına görə, sonrakı yerlərdə Tərtər (6), Qazax (5) və Ağdam (4) rayonları gəlir.

Bundan başqa, aprel ayında Xocavənd rayonu istiqamətində atəşkəs rejimi 3, Cəbrayılda 2, Goranboyda 2 dəfə pozulub.

Ötən ay atəşkəsin pozulması nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu (2-si Xocavənddə, 1 nəfər isə Füzulidə) yaralanıb.

Qeyd edək ki, 2011-ci ilin yanvar-aprel aylarında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 196 dəfə (yanvar ayında 24, fevralda 56, martda 80, apreldə 36 dəfə) pozulub. Ümumilikdə, 2010-cu ilin ilk 4 ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu, 1 mülki sakin (uşaq) şəhid olub, 4 nəfər isə yaralanıb. Həmçinin cəbhə xəttinə yaxın sahədə 2 mülki sakin minaya düşüb. Onlardan biri yaralanıb, digəri isə həlak olub.






3 May, 2011  15:01 Baxılıb: 1135 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner