Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Litva prezidenti Heydər Əliyev Fondunda olub

İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar

Mayın 2-də Litva Respublikasının prezidenti xanım Dalya Qribauskayte Azərbaycana rəsmi səfəri çərçivəsində Heydər Əliyev Fondunda olub. 
Litva dövlətinin başçısını Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat veriblər.
Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Litva prezidenti ulu öndərin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub.
Ali qonaq Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldu, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb.
Prezident Dalya Qribauskayte Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb.
Sonra qarşılıqlı hədiyyələr təqdim edilib.

 

Mayın 2-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin adından Litva Respublikasının prezidenti xanım Dalya Qribauskaytenin şərəfinə rəsmi nahar verilib. Bu barədə APA “Azərtac”a istinadən məlumat verir.






3 May, 2011  03:05 Baxılıb: 1089 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner