Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

94 nəfərdən 30 -u ÜMİD -in ümidini doğrutdu

İmtahanın nəticələri açıqlandı

Ümid Partiyası aprelin 29-da Dairə Seçki Komissiyalarındakı nümayəndələrini təyin etmək üçün keçirdiyi imtahanın nəticələrini açıqlayıb. 

Partiyanın mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, partiyanın Rəyasət Heyətinin üzvlərindən təşkil edilmiş iki qrupdan ibarət imtahan komissiyası 2 gün ərzində 58 DSK üzrə 94 nəfər namizədin imtahanda yazdıqları cavabları yoxlayıb. 

Qeyd edək ki, imtahanlar iki mərhələdən ibarət keçirilib. Birinci mərhələdə imtahanda iştirak edən şəxslər 20 suala yazılı halda cavab veriblər. Bir saat ərzində keçirilən imtahanda DSK-ya namizədliyi irəli sürülmək üçün iştirak edən şəxslərin yazdıqları cavab 0 – düzgün olmayan, 0.5 yarımçıq, 1 bal isə tam olaraq düz qiymətləndirmə şkalasına uyğun yoxlanılıb. Yazılı imtahandan namizədlər imtahan komissiyasının qarşısında 5 şifahi suala cavab verməli olublar. Bundan sonra toplam olaraq imtahanın nəticələri 25 ballıq qiymətləndirmə üzrə qiymətləndirilib.

İmtahanda iştirak edən nümayəndələrdən yalnız 30 nəfəri keçid balı - 13 baldan yuxarı toplaya biliblər.

İmtahan komissiyasının ümumi yekun qərarına əsasən 7 nəfər 20 baldan yüksək bal toplayıb. 1 nəfər yalnız 23 bal toplayıb. İmtahanda maksimal bal 25 olub və bu göstərici üzrə heç kim sualların hamısına cavab verməyib. Bundan başqa imtahanda iştirak edən nümayəndələrdən 4 nəfər minimum keçid (13) balını toplayaraq imtahandan keçib.

İmtahandan keçid balı toplamayan və ya imtahanın nəticələrindən narazı olanlar 5 gün müddətində partiya sədrinin adına ppelyasiya şikayəti verə bilər.

İmtahanda iştirak edərək keçid balı toplayanların adları aşağıdakılardır:

- Mirzəyev Elnur Niyazi oğlu
- Hüseynov Fikrət Hüseyinəli oğl
- Fərzəliyev Malik Məhərrəm oğlu
- Məhərrəmov Şahin Vahid oğlu
- Məhərrəmov Kəramət Babaxan oğlu
- Abasov Xanlar Yusif oğlu
- İbrahimov İlqar Əli oğlu
- Hüseynova Sonna Sultanovna
- İbrahimov Vüqar Əflatun oğlu
- Qarayev Aqşin Zahid oğlu
- Qurbanova Flora Novruz qızı
- Rzayev Elşad Salman oğlu
- Şirinov İlham Şirin oğlu
- Quliyev Mayis İnqilab oğlu
- Abbasov Xanlar Nüsrət oğlu
- Qasımov Habil Cankişi oğlu
- Əlizadə Şahin Ramiz oğlu
- Əliyev İbad Novruz oğlu
- Əliyev Qabil Mürüvvət oğlu
- Cabarrov Möhübbət Nəriman oğlu
- Rüstəmov Elxan Ələkbər oğlu
- İsayev Anar Rafiq oğlu
- Fətəliyev Qahir Təyyar oğlu
- Həsənov Seyfi İnqilab oğlu
- Səfərov Namiq Musa oğlu
- Əliyev Şahin İslam oğlu
- Verdiyeva Fatma İmamverdi qızı
- Muradov Mahmud Hənəfi oğlu
- Məhəmmədov Rəsul İsrafil oğlu
- Abdullayev Eldar Saleh oğlu






2 May, 2011  18:53 Baxılıb: 1245 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner