Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycandan İsveçrəyə nota

Beynəlxalq Kitab və Mətbuat Sərgisində ərazi bütovlüyümüz təhriv edilib

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyindən verilən məlumata görə, 29 aprel-3 may 2011-ci il tarixində Cenevrə şəhərində 25-ci Beynəlxalq Kitab və Mətbuat Sərgisi keçirilir. 

Xarici İşlər Nazirliyindən Simsar.az-a daxil olan məlumata görə, sərgidə Ermənistan şərəf qonağı qismində iştirak edir və mayın 2-də Ermənistanın prezidenti də sözügedən sərgini ziyarət edəcək. 

Qeyd edək ki, aprelin 29-da sərginin açılışı zamanı məlum olmuşdu ki, Ermənistana aid stendlərdə ölkəmizin ərazi bütövlüyünü təhrif edən materiallar nümayiş etdirilir. Bununla bağlı, Səfirlik tərəfindən dərhal İsveçrənin Xarici İşlər Federal Departamentinə və sərginin təşkilatçılarına məlumat verilərək, Azərbaycan dövlətinin narahatçılığı və etirazı ifadə edilib.

Bununla yanaşı, səfir M.Nəcəfbəyli tərəfindən sərginin təşkili üzrə məsul qurumun rəhbərləri Bernard Quiot və Adeline Beaux ilə görüş keçirilərək, ölkəmizin narahatçılığı qarşı tərəfin diqqətinə çatdırılıb. Həmin materiallarda həqiqətə uyğun olmayan məqamların sərgidən çıxarılması tələb edilib.

Həmçinin, Səfirlik tərəfindən İsveçrənin Xarici İşlər Departamentinə etiraz notası ünvanlanaraq, bu etirazın mahiyyəti izah edilib və məsələ ilə bağlı İsveçrə tərəfindən müvafiq tədbirlərin görülməsinin təmin edilməsi xahiş edilib.






2 May, 2011  17:26 Baxılıb: 1163 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner