Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prokurorluq orqanlarına sənəd qəbulu başa çatıb

454 namizəd mayın 18-də imtahan verəcək

Prokurorluq orqanlarına 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə bağlı sənədlərin qəbulu başa çatıb. 
Baş Prokurorluğun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, prokurorluq orqanlarına işə qəbulla bağlı sənədlərini təqdim etmiş 454 namizəd üçün test imtahanı 18 may 2011-ci il tarixdə saat 10.00-da Azərbaycan Texniki Universitetinin «İdman Sarayı»nda keçiriləcək.
Namizədlər 11 may 2011-ci il tarixdən etibarən sənədlərin qəbulu barədə qəbzi və şəxsiyyət vəsiqəsini təqdim etməklə, test imtahanlarının suallar toplusunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının yerləşdiyi inzibati binada əldə edə bilərlər.
İmtahanın keçiriləcəyi ünvan və vaxt barədə məlumatlar «Test imtahanına buraxılış vərəqəsi»ndə, imtahanın keçirilməsi qaydaları isə «Yaddaş kitabçası»nda əks etdiriləcək.
İmtahana buraxılmış namizədlər 12-13 may 2011-ci il tarixlərdə saat 09.15-dən 18.00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, «Yaddaş kitabçası»nı və «Test imtahanına buraxılış vərəqəsi»ni Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağında ala bilərlər.

RAMİL






2 May, 2011  16:37 Baxılıb: 1143 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner