Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Kəmaləddin Heydərov WTF İdarə Heyətinin iclasında iştirak edib

Ümumdünya Taekvondo Federasiyasının (WTF) İdarə Heyətinin növbəti iclası keçirilib

Simsar.az-ın məlumatına görə, mötəbər tədbirdə iştirak etmək üçün Azərbaycan Taekvondo Federasiyasının prezidenti, WTF-nin vitse-prezidenti Kəmaləddin Heydərov Gyonqju şəhərinə səfər edib. 

Əvvəlcə WTF prezidenti Çunq Von Çonun müraciəti dinlənilib. Sonra isə gündəlikdə duran məsələlərə baxılıb, qurumun nizamnaməsində olan düzəlişlərin müzakirəsi aparılıb. Yeni qaydalara əsasən şəxsin ikili vətəndaşlığının olmasına baxmayaraq, o prezident və ya baş katib kimi bir ölkəni təmsil edə bilər, yəni hər hansı ölkədə federasiyaya rəhbərlik edən şəxs başqa dövlətin federasiyasında rəhbər vəzifə tuta bilməz. Bu təklif İdarə Heyəti üzvləri tərəfindən qəbul edilib. Növbəti təklif isə əsasən texniki dəyişikliklər olmaqla WTF-nin yarış qaydalarına tətbiq edilib. Təklif edilib ki, hətta elektron qoruyuculara baxmayaraq, kənar hakimlərin sayı yenidən dörd nəfərədək artırılsın. Elektron qoruyucuların tətbiqindən sonra yan hakimlərin sayı üçə endirilmişdi. WTF-nin baş katibi Cinsuk Yanq növbəti məsələlər barədə məlumat verib və müzakirələrin ardından bu təklif də qəbul olunub.

Sonra Cinsuk Yanqın məruzəsi dinlənilib. O, görülən işlər, hakimlərin təlimatlandırılması və qarşıdakı perspektivlər barədə ətraflı məlumat verib. Bu və digər təkliflər barədə WTF idarə heyətinin üzvləri müxtəlif fikir mübadiləsi aparıblar. Qurumun vitse-prezidenti İvan Dibos daha bir məsələ - elektron qoruyucuların inkişaf mərhələsi haqqında məruzə edib. O, elektron qoruyucuların vacibliyini bir daha diqqətə çatdırmaqla onun əhəmiyyətindən danışıb. Fikir mübadiləsindən sonra bu məsələnin də 2012-ci il London Yay Olimpiya Oyunlarında tətbiqi qərara alınıb.

Tədbirdə Azərbaycan Taekvondo Federasiyasının l vitse-prezidenti, WTF İcraiyyə Komitəsinin üzvü Füzuli Musayev də iştirak edib.






2 May, 2011  16:18 Baxılıb: 1172 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner