Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Obama Bin Laden barədə qeyri-dəqiq məlumat verdi

ABŞ prezidenti terorçunun öldürüldüyünü desə də  hadisənin nə vaxt baş verdiyini açıqlamayıb

ABŞ prezidenti Barak Obama “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladeninin öldürüldüyü xəbərini verib. 

CNN-in məlumatına görə, ABŞ prezidenti Üsamə ben Ladenin amerikalı hərbçilər tərəfindən öldürüldüyünü söyləyib. 

B.Obama  deyib ki, minlərlə günahsız kişi, qadın və uşağın ölümünə görə məsuliyyət daşıyan terror təşkilatının rəhbəri amerikalı hərbçilərin Pakistanda keçirildiyi əməliyyat zamanı qətlə yetirilib. 

O, Üsamə bin Ladenin cəsədinin hazırda ABŞ-da olduğunu da qeyd edib.

 

“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin öldürüldüyü əməliyyatın təfərrüatları məlum olub. 

Simsar.az-ın “ensonhaber.com” saytına istinadən verdiyi məlumata görə, ABŞ prezidenti  deyib ki, Üsamə bin Ladenin yerini müəyyənləşdirmək üçün kəşfiyyat işləri aparılıb.

O, terror təşkilatının liderinin yerini müəyyənləşdirmək üçün Pakistan kəşfiyyatı ilə əməkdaşlıq edildiyini və bunun böyük faydası olduğunu qeyd edib: “Pakistanla əməkdaşlığımız Üsamə bin Ladenin harada olduğunu tapmağımıza kömək etdi. Üsamə bin Laden İslamabadda bir sığınacaqda öldürülüb. Bu əməliyyat zamanı amerikalı hərbçilərin birinin də burnu qanamayıb. Üsamə bin Ladenin öldürüldüyü gün Pakistan üçün də tarixi bir gündür”.






2 May, 2011  12:36 Baxılıb: 1235 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner