Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Yaponiya turistlərə açıq elan olundu

Yaponiyanın xarici işlər naziri Takeaki Matsumoto turistləri və biznesmenləri ölkəsinə dəvət edib

Simsar.az-ın verdiyi məlumata görə, xarici işlər naziri “İnternational Herald Tiribune” qəzetində yazdığı məqaləsində ölkəsinin biznes və turizm üçün açıq olduğunu vurğulayıb. 

Takeaki Matsumoto yazıb ki, beynəlxalq təşkilatlar, Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Dəniz Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı Yaponiyada müstəqil təhqiqatlar aparıblar və dövlətin apardığı işə obyektiv qiymət veriblər: “Bu beynəlxalq təşkilatlar hesab edirlər ki, artıq ölkədə fövqəladə tədbirlərin görülməsinə ehtiyac yoxdur. Mən oxucuları bizim məlumatlara etibar etməyə və ictimai rəyi çaşdıran “sensasiyalı” məlumatlara inanmamağa çağırıram. İnsanlar ürəklə dincəlmək, təhqiqat, biznes və digər məqsədlərlə Yaponiyaya gələ bilərlər”.

Qeyd edək ki, martın 11-də Yaponiyada dağıdıcı zəlzələ baş verib, ölkənin şərq sahillərini sunami dalğaları vurub. Təbii fəlakət “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) da qəzalı vəziyyətə düşməsinə səbəb olub. Yaponiya hökuməti artıq AES ətrafında təhlükəli radiasiya səviyyəsinin azalmaqda olduğunu açıqlayıb.






30 Aprel, 2011  22:45 Baxılıb: 1172 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner