Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Şəki şəhərində torpaq sürüşməsi baş verdi

Sürüşmənin 600 kvadrat metr ərazini əhatə etdiyini bildirilib

Azərbaycanın Şəki şəhərində torpaq sürüşməsi baş verib. ANS TV-nin məlumatına görə, hadisə M. F. Axundov prospektində qoruq zonasında baş verib. Artıq bu ərazidən keçən yolun bir hissəsi uçub, asflat örtüyündə isə nəzərə çarpacaq çatlar əmələ gəlib.

Ərazidə yaşayan sakinlər bildirib ki, sürüşmə bir il əvvəl başlayıb. Lakin onun qarşısının alınması üçün lazımi tədbir görülmədiyindən və Ərazidə olan ağacların kəsilməsindən sonra sürüşmə intensivləşib. Son günlər aramsız yağan yağışlar nəticəsində ərazi daha da genişlənib.

Əraziyə baxış keçirən mütəxissislər isə sürüşmənin 600 kvadrat metr ərazini əhatə etdiyini bildiriblər. Yaranmış vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mütəxəsissləri də əraziyə baxış keçirib.

FHN-nin Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarəti Agentliyinin mütəxəssisi Yaşar Məmmədovun ANS-ə verdiyi məlumata görə, bu ərazidə sürüşmə ağacların kəsilməsi nəticəsində baş verib. Sürüşmənin nəticələrinin aradan qaldırılması üçün layihə üzrə tədbirlər görülməlidir.

Bundan əlavə, sürüşmə zolağı boyu 57 metr uzunluğunda elektrik xəttləri də qəzalı vəziyyətə düşüb. Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış tikili də indi təhlükə ilə üz-üzədir.

Yaşar Məmmədovun sözlərinə görə, sürüşmənin miqyası artarsa və təhlükəli vəziyyət yaranarsa, o zaman yaşayış evlərinin köçürülməsi məsələsi gündəmə gələ bilər.

Şəki şəhər İcra Hakimiyyətinin tikinti şöbəsinin əməkdaşı Məmməd Salamov ərazidə bərkitmə işlərinə FHN-nin hazırladığı layihə əsasında dövlət tərəfindən ayrılan vəsait hesabına başlanılacağını bildirib. Bundan əlavə, ərazinin sürüşməyə meylli zona olduğu nəzərə alınaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəxəssislərinin rəyi əsasında işlərə başlanılacaq.






30 Aprel, 2011  01:40 Baxılıb: 1221 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner