Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məhbuslara şad xəbər

Nümunəvi məhkumlara əmək məzuniyyətinin cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda keçirilməsinə icazə veriləcək

Bu, hazırda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində Cəzaların İcrası Məcəlləsinə ediləcək dəyişikliklərdə nəzərdə tutulur.

Əlavə və dəyişikliklər qəbul olunduqdan sonra məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən və cəzaçəkmə müəssisəsindən kənarda, yaxud cəzaçəkmə müəssisəsinin istehsalat sahəsində əmək fəaliyyəti ilə məşğul olan məhkuma nümunəvi davranışına, əməyə və təhsilə vicdanlı münasibətinə, təlim-tərbiyə tədbirlərində fəal iştirakına görə cəzaçəkmə müəssisəsi müdiriyyətinin qərarı ilə əmək məzuniyyətini cəzaçəkmə müəssisəsinin hüdudlarından kənarda - Azərbaycan ərazisində keçirməyə icazə veriləcək.

Digər bir dəyişikliyə görə, ümumi rejimli cəzaçəkmə müəssisələrindən köçürülmüş ağır və ya az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində digər məhkumlardan ayrı saxlanacaqlar. Mövcud qanunvericilikdə isə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş şəxslər məntəqə tipli cəzaçəkmə müəssisələrində ümumi rejimli cəzaçəkmə müəssisələrindən köçürülmüş şəxslərlə birgə cəza çəkirlər.

İslah qaydalarını tez-tez pozan məhbuslar üçün isə bəd xəbər ondan ibarətdir ki, Cəzaların İcrası Məcəlləsinə əlavə və dəyişikliklərdə açıq tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını pozan məhkumlara 3 ay ərzində bayram və istirahət günlərini müəssisədən kənarda keçirmək qadağan olunacaq.

Əlavə və dəyişikliklərdə qeyd olunur ki, açıq - məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara 1 ay müddətində müəssisədən kənara çıxmaq kimi tənbeh tədbiri də tətbiq oluna bilər. Məhkumun müəssisəni icazəsiz tərk etməsi və onun üzrsüz səbəbdən ayda 2 dəfədən çox cəzaçəkmə müəssisəsinə vaxtında qayıtmaması məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarının qərəzli pozulması hesab olunur.

Başqa bir dəyişikliyə görə, cəzaçəkmə müəssisəsindən kənarda müəssisəyə yaxın ərazidə işə düzələn və ya ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan məhkumlar cəzaçəkmə müəssisəsinin müdiriyyətinin icazəsi ilə sutkada 12 saatdan artıq olmayan müddətə müəssisədən kənarda, Azərbaycan hüdudlarında nəzarətsiz hərəkət edə bilərlər. Həmçinin məntəqə tipli cəzaçəkmə müəssisəsinin müdiriyyəti tərəfindən zəruri hesab edildikdə, cəzaçəkmə müəssisəsindən kənarda işə düzələn və ya təhsil alan məhkumun müvafiq olaraq işdən və ya təhsildən yayınıb-yayınmaması yoxlanıla bilər. Yoxlama zamanı işdən və təhsildən üzrsüz səbəbdən yayınma halı müəyyən edilərsə, məhkum barədə çıxarılmış əvvəlki qərar ləğv edilir.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin növbəti iclasında müzakirəyə çıxarılacaq.






29 Aprel, 2011  23:37 Baxılıb: 1415 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner