Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Liviya daha ciddi böhran içində

 Fransız təyyarələri beton dağıdan bombalardan istifadə edir

Liviyanı kütləvi aclıq gözləyir 

NATO qırıcı təyyarələri Liviyanın paytaxtı Tripolini yenə bombalayıb. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qırıcılar ölkənin qərbindəki Cabal əl-Qabridə də mülki və hərbi obyektlərə zərbə endirib. Ən azı 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Bombalama zamanı fransız hərbi təyyarələrinin artıq beton dağıdan bombalardan istifadə etdiyi də məlum olub.

Kuba inqilabının lideri Fidel Kastro isə Liviyanın bombalanması faşist əməli kimi dəyərləndirib və üçüncü dünya ölkələrinə qarşı yönəldiyini vurğulayıb. Bu alovun hər kəsi yandıracağını bildirən Fidel Kastro qeyd edib ki, hər şey Liviya lideri Müəmmər Qəddafidən asılıdır: “Əgər Müəmmər Qəddafi müqavimət göstərməyə davam etsə və onların tələbini yerin yetirməsə, tarixdə ən məşhur ərəb liderlərindən biri kimi adını yazdıracaq. Müəmmər Qəddafinin siyasi kursu və ideyaları ilə razılaşmamaq olar, ancaq heç kəs Livanın müstəqillik hüququnu və BMT-yə üzvlüyünü şübhə altında qoymamalıdır”.

Bu arada BMT-nin Ümumdünya Ərzaq Proqramı Liviyanı kütləvi aclıq gözlədiyi barədə xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunur ki, Liviyada yanacaq və ərzaq böhranlı səviyyədə çatışmır, ölkəyə ərzaq məhsullarının gətirildiyi limanlar sıradan çıxıb. Liviyada yaxın 2 ayda daha ciddi böhran yaranacağı vurğulanır.






29 Aprel, 2011  15:59 Baxılıb: 1372 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner