Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezidentlər mətbuat konfransı keçirdi

İlham Əliyev: "Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir" 
Viktor Yanukoviç: "Azərbaycan-Ukrayna münasibətləri dərin köklərə əsaslanır, bu münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub"

Cümə axşamı Azərbaycan-Ukrayna sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin birgə mətbuat konfransı olub. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev Viktor Yanukoviçin Ukrayna Prezidenti kimi ölkəmizə ilk dəfədir ki, səfər etdiyini bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, aparılan danışıqlar bir daha ölkələrimiz və xalqlarımız arasında münasibətlərin yaxın olduğunu nümayiş etdirdi.

Prezident İlham Əliyev keçən ilin sonunda Ukraynaya səfərini xatırlatdı, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini dedi. Bu gün aparılmış danışıqlar zamanı bir çox məsələlərin müzakirə edildiyini vurğulayan dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də danışıqlar mövzusu olduğunu bildirdi.

"Münaqişənin nizamlanmasında Ukraynanın prinsipial mövqeyinə görə təşəkkür etmək istəyirəm. Bu da bu gün imzalanmış Birgə Bəyannamədə öz əksini tapıb", - deyən Prezident İlham Əliyev qeyd etdi ki, sənəddə münaqişənin beynəlxalq hüququn prinsipləri - dövlətlərin ərazi bütövlüyünün qorunması, suverenliyi və sərhədlərin toxunulmazlığı əsasında nizamlanması göstərilib.

Dövlətimizin başçısı danışıqlar zamanı iqtisadi əlaqələrin də müzakirə edildiyini, ölkələrimiz arasında əmtəə dövriyyəsinin sürətli artımının nikbinlik doğurduğunu vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, reallaşması planlaşdırılan investisiya layihələri də mövcuddur. Hərbi-texniki sahədə də əməkdaşlıq genişlənir. Əməkdaşlığın mühüm istiqamətlərindən biri də enerji sahəsidir.

Ukrayna Prezidenti Viktor Yanukoviç də bugünkü danışıqlar zamanı nəzərdə tutulan bütün məsələlərin və onların həyata keçirilmə mexanizmlərinin müzakirə edildiyini dedi.

Beş il bundan əvvəl Bakıya səfər etdiyini xatırladan Ukrayna Prezidenti bu gün paytaxtımızın dəyişdiyini, daha da gözəlləşdiyini vurğuladı. Viktor Yanukoviç bildirdi ki, bütün bunlar ölkəmizin yüksək templərlə inkişaf etdiyini təsdiqləyir.

Ukrayna Prezidenti Azərbaycan-Ukrayna münasibətlərinin dərin köklərə əsaslandığını, bu münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğuladı.

Viktor Yanukoviç birgə investisiya layihələri haqqında da danışdı. Ali qonaq, həmçinin qeyd etdi ki, bu gün elm sahəsinə aid bir sıra layihələr də nəzərdən keçirilir.
Ukrayna Prezidenti göstərilən qonaqpərvərliyə görə bir daha Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.

Sonra Azərbaycan və Ukrayna Prezidentləri jurnalistlərin suallarını cavablandırdılar.






29 Aprel, 2011  02:29 Baxılıb: 1229 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner