Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Amerikadan Azərbaycan parlamentinə təklif

"Vergi məcəlləsində dəyişiklik edin"

Azərbaycanda Amerika Ticarət Palatası Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər hazırlayıb.

«APA-ECONOMICS»in məlumatına görə, Palatanın icraçı direktoru Nərgiz Nəsrullayeva-Muduroğlu bildirib ki, artıq Milli Məclisə təqdim olunmuş təkliflərdə vergi sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bəzi vergi dərəcələrinin aşağı salınması nəzərdə tutulur: «Bunların əksəriyyəti texniki tədbirlərdir. Məsələn, ƏDV-nin hesablanması, gəlir vergisinin dərəcəsinin dəyişdirilməsi və s. ilə bağlı olan məsələlərdir».

Qurumun başçısı bildirib ki, Palatanın təkliflərinə əsasən, fiziki şəxslərdən gəlir vergisinin azaldılması təklif olunur: «Biz təklif edirik ki, gəlir vergisinin maksimum dərəcəsi 20%-ə endirilsin, 500 manata qədər gəlirlər isə vergidən ümumiyyətlə azad edilsin».

Xatırladaq ki, Vergi Məcəlləsinə əsasən, hazırda fiziki şəxslərdən gəlir vergisinin maksimum dərəcəsi 30% təşkil edir və bu dərəcə ayda 2000 manatdan artıq gəlirlərə tətbiq olunur. Eyni zamanda, fiziki şəxsin aylıq gəliri 200 manatadək olduqda, bu məbləğin minimum əmək haqqına bərabər olan hissəsi (hazırda – 85 manat) vergidən azaddır. Qalan məbləğə qarşı isə, həmçinin aylıq gəlir 2000 manatadək olduqda, 14%-lik vergi dərəcəsi tətbiq olunur.

İcraçı direktorun sözlərinə görə, təkliflərdə nəzərdə tutulan dərəcələrin azaldılması məsələsi dövlət büdcəsinin daxilolmalarını azaltmayacaq: «Biz inanırıq ki, əhalinin əksəriyyəti vergini ödəyərsə, büdcəyə daha çox vəsait daxil olacaq, nəinki hazırda yüksək vergi dərəcələri fonunda. Onsuz da müəyyən bir hissə vergidən yayınır».

N.Nəsrullayeva-Muduroğlu vergidən yayınan məbləğin həcmi ilə bağlı dəqiq məlumata malik olmadığını bildirsə də, qeyd edib ki, palatanın üzvü olan şirkətlər hazırda gəlir vergisinin dərəcəsinin «çox yüksək» olduğunu bildirir.

Bununla yanaşı, ATP ekspertləri sosial sığorta sistemi ilə da bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini təkliflər edirlər. Bu dəyişikliklər də daha çox texniki xarakterlidir. Məsələn, burada sosial sığorta ödəmələri ilə gəlir vergisinin hesablanma bazasının eyniləşdirilməsi təklif olunur. Çünki hazırda gəlir vergisi əmək haqqı və mükafatlara əsasən hesablandığı halda, sosial ödəmələrdə isə bu baza daha geniş və mürəkkəbdir (bura məzuniyyət və ezamiyyət xərcləri və s. daxildir).

Təkliflərdə vergi inzibatçılığının təkmilləşdirilməsi də əksini tapıb. Hazırda Palata bu məsələni həm Vergilər, həm də Maliyyə nazirlikləri ilə müzakirə edir.






28 Aprel, 2011  16:31 Baxılıb: 1236 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner