Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Beynəlxalq turizm sərgisi açıldı

Bu il iştirakçıların sayı 20%-dən çox artıb

Bu gün Böyük Britaniyanın “ITE Group” şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan “Iteca Caspian” şirkətinin təşkilatçılığı ilə Bakıda X Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (“AITF 2011”) və II Ümumrespublika Daxili Turizm sərgiləri işə başlayıb.

Simsar.az-ın məlumatına görə, tədbirin açılış mərasimində çıxış edən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizmin inkişafına dair 6 illik dövlət proqramının artıq icrasına başlandığını bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycana gələn turistlərin sayı 1,5 mln. nəfərdən artıq olub, ölkədə fəaliyyət göstərən hotellərin sayı 500-ə çatıb: “Son 3 ildə yerləşdirmə yerləri 3 dəfə artaraq 35 minə çatıb. Bu ilin sonu-gələn ilin əvvəlində ölkədə 6 ədəd 5 ulduzlu hotel istifadəyə veriləcək. Ümid edirəm ki, Azərbaycanda turizm sahəsi bir qədər də inkişaf edərək iqtisadiyyatın ayrılmaz hissəsinə çevriləcək”.

“ITE Group” şirkətinin icraçı direktoru Edvard Strun deyib ki, məqsədimiz tədbir iştirakçılarının sayını artırmaqdır: “Bu il iştirakçıların sayı 20%-dən çox artıb”.

Qeyd edək ki, aprelin 30-dək davam edəcək sərgilərdə 61 marşrutu təmsil edən 24 ölkənin 230 şirkəti iştirak edir. Sərgi çərçivəsində bir sıra təqdimatlar keçiriləcək, turizm sahəsində fəaliyyət göstərən peşəkarlar üçün seminarlar təşkil olunacaq.






28 Aprel, 2011  15:36 Baxılıb: 1382 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner