Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AMEA işçilərinin maaşı artırıldı

Qurumun həqiqi üzvlərinin aylıq rütbə maaşları 1200 manat, müxbir üzvlərinin aylıq rütbə maaşları 850 manat oldu

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. 

Simsar.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, sərəncamda qeyd olunur ki, AMEA-nın tabeliyində olan, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2011-ci il mayın 1-dən orta hesabla 20 faiz artırılsın. 

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Prezidentin digər sərəncamı ilə “Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 1 iyul tarixli 967 nömrəli sərəncamında dəyişiklik edilib. Dəyişiklikdə qeyd olunur ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 1200 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 850 manat məbləğində müəyyən edilsin. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.






28 Aprel, 2011  00:58 Baxılıb: 2165 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner