Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Sərkisyan dioloq təklif etdi

O azadlıq meydanında mitinq keçirməyə icazə verdi

Ermənistan prezidenti Serj Sərkisyan aprelin 27-də jurnalistlərə açıqlamasında deyib ki, onun hakimiyyəti müxalifətlə gərginliyi azaltmaq üçün birinci addım atmağa hazırdır.

Aprelin 26-da hökumət müxalif Erməni Milli Konqresinin Yerevanın Azadlıq meydanında etiraz mitinqi keçirməsinə icazə verib. Mitinq təşkilatçılarının əlavə məktubundan sonra Yerevan meriyası aprelin 13-də qəbul etdiyi imtina qərarına yenidən baxıb və aksiyanın Azadlıq meydanında keçirilməsinə razılaşıb.

Yerevan meriyası 2008-ci ilin mart hadisələrindən sonra Azadlıq meydanında mitinq keçirilməsinə yasaq qoymuşdu. Bu qadağalara baxmayaraq son iki mitinq zamanı müxalifət liderləri hüquq mühafizə orqanları ilə dil taparaq Azadlıq meydanına girə bilmişdilər.

2008-ci ilin fevralında Ermənistanda prezident seçkisi keçirilib. O zaman baş nazir postunu tutan Serj Sərkisyan qalib elan olunub. Müxalif qüvvələr, özəlliklə sabiq prezident, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanın tərəfdarları nəticələrlə razılaşmayaraq davamlı kütləvi aksiyalar keçiriblər. Martın 1-də bu aksiyalar qanla yatırılıb. Toqquşmalarda ən azı 10 nəfər ölüb.

“Media forum” saytının məlumatına görə, Serj Sərkisyan aprelin 27-də jurnalistlərə açıqlamasında bildirib ki, parlamentdə təmsil olunmayan müxalif qüvvələrin fəaliyyətində müsbət tendensiyalar var: “Cəmiyyətin parçalanmasına və dağılmasına yönəlməyən və mübarizənin müəyyən meydanlarda keçirilməsi ilə bağlı mitinqlər təşkil edilir, çıxışlar olur. Bu tendensiyalar mitinqlərin yenidən Azadlıq meydanında keçirilməsinə gətirib çıxara bilər. Əgər hadisələr bu istiqamətdə inkişaf edərsə, biz birgə gücümüzlə vaxtilə Azadlıq meydanında səslənən yalançı çıxışları bu meydandan silib ata bilərik”.

2011-ci il martın 17-də Yerevanın mərkəzində keçirilən mitinqdə Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan bildirmişdi ki, əgər bütün siyasi məhbuslar azad olunarsa və Azadlıq meydanında mitinq keçirmək hüququ bərpa edilərsə, onlar Ermənistan hakimiyyəti ilə danışıqlara gedə bilərlər.






27 Aprel, 2011  21:22 Baxılıb: 1324 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner