Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Fəal azərbaycanlı bloger prodüser Tolikin müdafiəsinə qalxdı - ÜNVANLI MƏKTUB

Simsar.az xəbər verir ki,  fəal azərbaycanlı bloger Ramin Hacılı ölkənin əsas prodüseri Toliklə, siyasətçi Hafiz Hacıyev arasında davam edən virtual müharibəyə münasibət bildirib. O, öz facebook profilində Hafiz Haciyevi cəmiyyət üçün daha çox təhlükəli adlandırıb. Onun fikrlərini oxucularımıza təqdim edirik:

- Nə qədər deyirəm bu mövzulara toxunmayım, olmur. Məsələ belədi ki, bir xanım pulu cırıb deyə bir “kişi” onun üzünə tüpürəcəm deyir. Məgər pul bir insanın şəxsiyyətindən üstündü? İnsanı hər şeydən aşağı tutmaqdi bu. Biz nə qədər insanlığa dəyər verməyəcəyiksə, nə qədər insan, vətəndaş ən böyük dəyər olmayacaqsa xoşbəxtlikdən mərhum olacağıq.

Bayrağı çaşıb tərs tutarsan, pulu cırarsan, himn səslənəndə ayağa durmasan səbəbin öyrənmədən sənə qənim kəsilərlər. Bu hal cəmiyyətimizdə aqressiyanı artırır, insanlar arası hörməti azaldır və ən əsası başqasına qarşı hər şeyi edə biləcəyimiz fikrin yaradır. Biz unutmamalıyıq ki, bir dövləti qüdrətli edən onun vətəndaşlarının güclü olmasından keçir. Biz anlamalıyıq ki, insan dəyərdi. O halda bir birimizdə qüsur aramayacağıq.

Digər məsələ həyasızlığın adiləşməsidi. Biz düşünə bilərik ki, Hafiz Hacıyevə heç kim əhəmiyyət vermir. Lakin elə deyil. Bu qədər tirajlanan birinin sözləri, davranışları getdikcə insanları özünə oxşadır. Bu sosioanalitiklərin gəldiyi nəticədi. Müşahidələrimiz də onu göstərir ki, cəmiyyətimizdə kimin kimlə nə mübahisəsi olursa, böhtan, şər, aşağılayıcı, əxlaqsız ifadələrlə baş verir. Mübahisə mədəniyyətinə mənfi təsir göstərən zehniyyətimizdə, alt şüurumuzda zaman zaman mentallaşan trend jarqonlardı.

Tolik kimi tanınan Tarix Əliyevin cəmiyyətimiz üçün böyük təhlükə hesab etmirəm, Hafiz Haciyevi isə edirəm. Niyə? Çünki, Tolik prodüsseri olan qızları müdafiə edir. Cənab Hacıyev isə ona elə sözlər deyir ki, insan bunu özünə sığışdırmamalıdır. Əgər bunu özünə sığışdıran kimsə varsa və bu şəxs tirajlanırsa gedərək onun prototipləri yaranacaq. Başqasını müdafiə etmək pis tendensiya yaratmır, hər ağzına gələni (fikrinə yox) deyə bilmək isə pis ənənə yaradır. Bu münvalla bir də görürük kimlərsə prezidenti, siyasi liderləri, məmurları, qonşusunu, bir sözlə hər kəsə fikir əvəzinə jarqonlara qonaq edir.  Diqqət edirsizsə cəmiyyətimizdə arqument, fikir əvəzinə şüar, təhqir və böhtan çümlələrinə daha çox rast gəlirik. Gərək hörmətli media və dövlət bunları nəzərə alsın.

Şahin Cavadsoy

Simsar.Az






29 Yanvar, 2015  19:09 Baxılıb: 2126 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner