Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Lukaşenko Barrosoya təhqir etdi

“Barroso kimi kozyoldan danışmaq istəmirəm”

Belarus prezidenti Aleksandr Lukaşenkodan jurnalistlər soruşlublar ki, Kiyevdə Çernobıl faciəsinin 25 illiyinə həsr olunan və Rusiya, Ukrayna prezidentlərinin iştirak etdiyi tədbirlərə niyə getməyib? Lukaşenko cavab verib ki, “bu sualı Ukrayna prezidenti Yanukoviçə verin: niyə Belarus prezidenti bu tədbirlərdə yoxdur? Siz bunu onlardan soruşmalısınız. “

Lukaşenko deyib ki, onun dəvət olunmaq üçün yalvarmaq fikri yoxdur. Lukaşenko onu dəvət etməyən Ukrayna rəhbərliyini “qotur” adlandırıb.

Lukaşenko kriminal jarqon ifadələrini tez-tez işlətdiyinə görə, ingilisdilli media izah verir ki, cinayətkar aləmdə “qotur” deyəndə etibarsız adam başa düşülür. Ancaq Lukaşenkonun bütün qəzəbi Avropa Komissiyasının sədri Barrosoya yönəlib.

Keçən ay Barrosonun məlum bəyanatı oldu ki, Ukrayna Lukaşenkonu dəvət etsə, o, yəni Barroso Çernobıl qəzasını aradan qaldırmaq üçün Kiyevdə keçirilən donor konfransına gəlməyəcək. Reutersin məlumatına görə, Barrosonun Ukraynaya belə şərt qoymasını Avropa Birliyi rəsmiləri təsdiqləyiblər.

Bu barədə indi Lukaşenkodan soruşanda Lukaşenko Barrosonu “kozyol” adlandırıb: “Barroso kimi kozyoldan danışmaq istəmirəm. Kimdir axı Barroso? Portuqaliyada bir Barroso vardı. Onu çıxartdılar, sonra Avropa Komissiyasında vəzifə aldı”.

Lukaşenkonun sözlərinə hələlik Ukraynanın xarici işlər nazirliyi reaksiya göstərib.
Nazirliyin bəyanatında Lukaşenkonun ifadələri yolverilməz və görünməmiş adlandırılır.






27 Aprel, 2011  19:37 Baxılıb: 1176 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner