Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Avropa müsəlmanları birliyə çağırdı

Avropa Birliyinə (AB) daxil olan ölkələrin Xarici İşlər nazirləri terrorla mübarizədə əməkdaşlığı genişləndirmək üçün Ərəb Birliyinin baş katibi Nəbil Əl Ərəbiyə ilə toplantı keçirib.

Simsar.az xəbər verir ki, AB Xarici İşlər üzrə ali nümayəndəsi Federika Moqerini terrora qarşı mübarizə aparmaqla yanaşı islama da hörmət etmək məcburiyyətində olduqlarını deyib:

"Terror hücumları dünyadakı çoxlu müsəlmanı hədəf alır. Buna görə də, bir ittifaqda birləşmək lazımdır və bu problemlərlə üzləşməmək üçün dialoqa ehtiyacımız var".

Moqerini onu da qeyd edib ki, qarşılıqlı hörmət AB-nin əsas dəyərlərindən biridir:

"Məncə, bu günlərdə dünyanın bir çox bölgəsində yaşananlara çox diqqətli baxmalıyıq və terrora qarşı birgə mübarizə aparmalıyıq. Əvvəlcə bütün Ərəb ölkələrilə və eyni zamanda öz içimizdə terrora qarşı mübarizəni gücləndirməliyik".

Yığıncaqda iştirak edən İngiltərə Xarici İşlər naziri Flip Hammond çıxışında terrordan ən çox müsəlman ölkələrinin əziyyət çəkdiyini bildirib:

"Terrordan ən çox zərər çəkən müsəlman ölkələridir. Həm o ölkələr ki, onlar AB-yə üzv ölkələri qorumaq üçün yaxından səy göstərir".

Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer isə terrorla mübarizədə müsəlman ölkələri ilə birlikdə çalışmağın vacibliyini vurğulayıb:

"Terrorla mübarizədə müsəlman ölkələrinin bizə dəstək olması vacibdir”.

İspaniya Xarici İşlər naziri Xose Manuel Qarsia da alman həmkarının fikirləri ilə razılaşdığını, terrorla mübarizədə əsas səyi islam ölkələrinin göstərməli olduğunu deyib:

"Avropa ölkələri isə onlara maliyyə və digər sahələrdə dəstək verməlidir”.






19 Yanvar, 2015  17:53 Baxılıb: 858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner