Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ukrayna prezidenti azərbaycanda nə edəcək?

Viktor Yanukoviçin səfər proqramı açıqlandı

Sabah Ukrayna prezidenti Viktor Yanukoviçin Azərbaycana rəsmi səfəri başlayır.

APA-nın Ukrayna mətbuatına istinadən yaydığı məlumata görə, səfər çərçivəsində Ukrayna və Azərbaycan prezidentlərinin təkbətək görüşü keçiriləcək, daha sonra görüş nümayəndələr heyətlərinin iştirakı ilə genişləndirilmiş formatda davam etdiriləcək. Dövlət başçıları ikitərəfli və regional əməkdaşlığını daha da dərinləşdirilməsi və genişləndirilməsi perspektivlərini müzakirə edəcəklər. Görüşdən sonra iki dövlət arasında əməkdaşlığın müxtəlif sahələrinə dair sənədlərin imzalanması mərasimi keçiriləcək, daha sonra prezidentlər mətbuat üçün bəyanatla çıxış edəcəklər.
Səfər çərçivəsində Azərbaycan və Ukrayna Prezidentlər Şurasının növbəti iclasının keçirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki, Ukrayna prezidentinin Azərbaycana səfərinə hazırlıq məqsədilə aprelin 21-də Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının doqquzuncu iclası keçirilib.






27 Aprel, 2011  17:33 Baxılıb: 1166 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner