Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İLYAS İSMAYILOVUN “ÖLÜM HÖKMÜ” ARZUSU FİASKOYA UĞRADI

İsaxan Aşurov: “Avropa Şurasının üzvü olan heç bir ölkədə edam cəzası yoxdur” 

Milli Məclis Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünənki iclasında Cinayət Məcəlləsində və AR Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrinin müzakirəsi zamanı deputat İlyas İsmayılov birmənalı qarşılanmayan təkliflə çıxış edib. 
Deputat deyib ki, Azərbaycanda ölüm hökmünün ləğv olunması bir sıra problemlər yaradıb: “Avropa standartlarına cavab verilməsi prinsipi ilə Azərbaycan Cinayət Məcəlləsi xeyli yumşaldılıb. Ölüm hökmünün vaxtı ilə məcəllədən çıxarılması indiyədək yaxşı nəticə verməyib, təklif edirəm ki, o yenidən bərpa olunsun”.
İ.İsmayılovun təflifi vəkil İsaxan Aşurov tərəfindən etirazla qarşılanıb. İ.Aşurov
Simsar.az saytına ölüm hokum bərpasının mümkünsüz olduğunu bildirib: "Azərbaycanda ölüm hökmünün bərpa olunması ölkənin qoşulduğu beynəlxalq konvensiyanın qaydalarına ziddir. Biz 2002-ci ildən Avropa Konvensiyasının iştirakçısıyıq və eyni zamanda konvensiyada bir sıra protokollar ratifiksiya olunub. Həmin konvensiyalara əsasən ölüm cəzası aradan qaldırılıb".
Vəkilin sözlərinə görə, Avropa Şurasının üzvü olan heç bir ölkədə edam cəzası yoxdur.

Aynurə






27 Aprel, 2011  17:01 Baxılıb: 1390 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner