Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Gürcüstanlı qonaqlara Azərbaycanın investisiya imkanları təqdim olunub

Qaqşılıqlı layihələr həyata keçirilə bilər

Aprelin 26-sı Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Gürcüstanın investisiya imkanlarına dair təqdimat mərasimi keçirilib. Tədbirdə Gürcüstan tərəfdən rəsmi şəxslər, Azərbaycan tərəfindən isə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm, bankçılıq və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib.

Tədbirdə İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmizdə əlverişli biznes və investisiya mühitinin yaradıldığını, özəl sektorun sürətlə inkişaf etdiyini vurğulayıb, Azərbaycanın qonşu Gürcüstanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib.

Tədbirdə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin birinci müavini Abesalom Kekeliya Gürcüstanın biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib, ölkəsində həyata keçirilən investisiya layihələri, eləcə də prioritet investisiya sahələri barədə Azərbaycan iş adamlarına ətraflı məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Azərbaycana səfər çərçivəsində Gürcüstan nümayəndə heyəti Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Hacıqabul rayonunda inşa olunan soyuducu anbar kompleksinə baxış keçirilib.

Qonaqlar həmçinin, Sumqayıt Texnologiyalar Parkında fəaliyyət göstərən müəssisələrdə olub. Gürcüstan nümayəndə heyəti Sumqayıt Texnoparkının fəaliyyəti, elektroenergetika sənayesi üçün məhsullar hazırlayan zavodlar, sexlər və istehsal xətləri ilə tanış olub. Qonaqlara məlumat verilib ki, texnopark Azərbaycan sənayesində yeni infrastruktur layihələr həyata keçirən nəhəng istehsal müəssisəsidir. Hazırda texnoparkda 10 zavod fəaliyyət göstərir. 7 zavodun inşası isə davam edir. Hazırda müəssisədə 1000-ə qədər işçi çalışır. Bütün zavodlar fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı 3000-ə çatdırılacaq. Texnoparkda ən müasir texnologiyalar əsasında ixrac yönümlü və maşınqayırma məhsulları istehsal olunur. 30 zavod və sexdən ibarət olacaq texnoparkda müxtəlif çeşidli məhsulların - kabellər, transformatorlar, yüksək gərginlikli avadanlıqlar, hidroturbinlər, su nasosları, elektrik mühərrikləri, borular və s. istehsalı genişləndiriləcək.

Qonaqlar Azərbaycanda gedən dinamik sosial-iqtisadi inkişafdan, müasir standartlara cavab verən müəssisələrdə yeni texnika, avadanlıq və texnologiyaların tətbiqindən məmnunluqlarını ifadə edib.

Anar






27 Aprel, 2011  15:14 Baxılıb: 1439 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner