Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Beş rayonun icra başçısı istefaya göndərildi - YENİLƏNİB

Gedənlərin yerinə yeniləri təyin olundu, köhnələr isə vəzifəsiz qaldı

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Adil Məcnun oğlu Məmmədovun Qobustan rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Prezidentin digər sərəncamı ilə Adil Məmmədov Biləsuvar rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bundan başqa, Prezident İlham Əliyev Mahir Hacı oğlu Quliyevin Biləsuvar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Digər sərəncamla Mahir Quliyev Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Taleh Azay oğlu Qaraşovun Astara rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Taleh Qaraşov Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev İsmayıl Məhərrəm oğlu Vəliyevin Neftçala rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

İsmayıl Vəliyev Qobustan rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ölkə başçısının sərəncamı ilə Vəli Nəcəfqulu oğlu Quliyev Zəngilan rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Ramiz Şamil oğlu Həsənov isə Zəngilan rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.






27 Aprel, 2011  16:20 Baxılıb: 1635 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner