Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Prezident akademiklərin toplantısına qatıldı

İlham Əliyev yenidənqurma və abadlıq işləri ilə tanış olub

Dövlət başçısı yığıncaqda AMEA-nın aqrar bölməsinin yaradılması üçün təcili tədbirlərin görülməsinin vacibliyini bildirib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. AMEA-nın mətbuat xidmətindən Simsar.az -a verilən məlumata görə, prezident əvvəlcə Akademiyanın binası ətrafında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub.

AMEA prezidenti Mahmud Kərimov bildirib ki, ərazidə fəaliyyət göstərən AMEA elmi-tədqiqat institutlarında yenidənqurma işləri görülüb, binalar yenidən təmir olunub, ətraf ərazilərdə geniş yaşıllıq zolağı salınıb. 2008-ci ildə başlanan təmir və yenidənqurma işlərinin tamamlandığı, iş otaqlarının zəruri avadanlıqla təchiz olunduğu, işçilərin elmi fəaliyyəti üçün binada hər cür şəraitin yaradıldığı qeyd olunub. Prezident binanın əvvəlki və təmir vaxtı görüntülərini əks etdirən fotolara da baxıb. Sonra İ. Əliyev AMEA-nın illik ümumi yığıncağında iştirak edib.

Yığıncaqda çıxış edən M. Kərimov bildirib ki, son illərdə akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsi, işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm addımlar atılıb. Dövlət başçısının göstərişi ilə Şamaxı Astrofizika Rəsədxanası, Milli Azərbaycan Tarixi Muzeyi və Milli Azərbaycan Ədəbiyyatı Muzeyi yenidən qurulub.
M. Kərimov deyib ki, hazırda akademiyanın qarşısında Azərbaycan xalqının taleyi, mili-mədəni və mənəvi varlığının qorunub saxlanması baxımından mühüm vəzifələr qoyulub.

Tədbirdə çıxış edən dövlət başçısı AMEA-nın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı konkret addımların atıldığını qeyd edərək bu siyasətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Dövlət başçısı deyib ki, 1945-ci ildən fəaliyyət göstərən akademiya böyük və şərəfli yol keçib, Azərbaycan alimləri ölkənin inkişafına uğurlu töhfələr veriblər. Akademiyada Azərbaycanın elitasının cəmləndiyini qeyd edən prezident bildirib ki, elmin inkişafı respublikanın tərəqqisində mühüm rol oynayır. Dövlət başçısı qeyd edib ki, elmin inkişafı ümumi inkişaf templəri ilə uzlaşmalı, elm, təhsil, iqtisadiyyat birliyi yaradılmalı, bunun üçün prioritetlər düzgün seçilməli və onun üzərində işlər aparılmalıdır. Prezident İlham Əliyev geoloq alimlərin həyata keçirdiyi elmi tədqiqatların əhəmiyyətindən danışıb. Bu istiqamətdə elmi kəşflərin nəticəsi kimi bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas amilə çevrildiyini vurğulayıb.

Ölkədə Neft-kimya kompleksinin tikintisi ilə bağlı işlərin görüldüyünü qeyd edən dövlət başçısı bu prosesin yeni iş yerlərinin açılmasına və elmi tədqiqatların daha da sürətlənməsinə imkan verəcəyini qeyd edib. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayan prezident AMEA-nın aqrar bölməsinin yaradılması üçün təcili tədbirlərin görülməsinin vacibliyini bildirib, hazırda ölkədə elmi-texniki tərəqqi ilə bağlı addımlar atıldığını, kosmik sənayenin yaradılması prosesinin getdiyini söyləyib. İKT-nin inkişafının əsasən intellektual potensialın gücləndirilməsinə yönəldiyini, ölkədə hərbi-sənaye kompleksinin yaradıldığını deyən dövlət başçısı humanitar elmlərin inkişafının diqqət mərkəzində olduğunu və bu sahədə aparılan elmi işlərin səviyyəsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Ölkə başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu ölkənin və bölgənin tarixi ilə bağlı elmi əsərlərin yazılmasını şərtləndirir. Xüsusilə İrəvan xanlığının tarixi ilə bağlı yazılan təqdirəlayiq əsərlərin əhəmiyyətindən danışan prezident Dağlıq Qarabağla bağlı sanballı elmi əsərlərin sayının çoxaldılmasının əhəmiyyətini qeyd edib.

Sonda illik hesabat səsə qoyularaq təsdiq edilib. Səslənən təkliflərə münasibət bildirən dövlət başçısı qaldırılan məsələlərin tezliklə həllini tapacağını qeyd edib.






26 Aprel, 2011  21:56 Baxılıb: 1115 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner