Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlyas İsmayılovdan qeyri-hümanist təklif

“Ölüm hökmü bərpa olunsun” 

Milli Məclis Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Cinayət Məcəlləsində və AR Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarlıb. 

Komitə sədri Əli Hüseynli qanun layihələrinin prezidentə təqdim olunduğunu və Ali Məhkəmədə bununla bağlı İşçi Qrupun yaradıldığını diqqətə çatdırıb.

Simsar.az-ın əməkdaşı xəbər verir ki, Cinayət Məcəlləsinə 59 dəyişiklik təklif olunub, ümumilikdə isə 101 maddədə dəyişiklik edilib. 3 maddənin isə sanksiyası dəyişdirilib, 2 maddə əlavə olunub. Dəyişiklər əsasən, azadlığın məhdudlaşdırılmasının çıxarılması, cərimə sanksiyasının gücləndirilməsi ilə bağlıdır.

Müzakirələrdə iştirak edən komitə üzvü Qüdrət Həsənquliyev təklif edib ki, mütəşəkkil cinayətkarlıq, zorlama, qəsdən adam öldürmə, az yaşlılara qarşı təcavüz kimi hallara qarşı müddəalar xeyli sərtləşdirilməlidir.


Deputat İlyas İsmayılov da həmkarının fikrini dəstəkləyib. Onun sözlərinə görə, Avropa standartlarına cavab verilməsi prinsipi ilə Azərbaycan Cinayət Məcəlləsi xeyli yumşaldılıb: “Ölüm hökmünün vaxtı ilə məcəllədən çıxarılması indiyədək yaxşı nəticə verməyib, təklif edirəm ki, o yenidən bərpa olunsun”.
 

Komitə sədri deyib ki, bu təkliflər nəzərə alınaraq, Ali Məhkəmədə fəaliyyət göstərən İşçi Qrupuna təqdim olunacaq. Hər iki qanun layihəsi müzakirələrdən sonra parlamentin növbəti iclasına tövsiyə olunub.

Anar İsaoğlu






26 Aprel, 2011  18:28 Baxılıb: 1173 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner