Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

"Erməni-türk dostluğu" 18 yerə bölünəcək

Abidənin başı qoparılıb, söküntü davam edir

Türkiyənin Qars şəhərindəki erməni-türk dostluğunun rəmzi olan “insanlıq abidəsi”nin başı qoparılıb. Simsar.az -ın Türkiyənin "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, bu gün səhər abidənin götürülməsi işlərinə başlanılıb. Heykəllərdən birinin - Qars qalasına baxanının baş qismi 10:12 radələrində kəsilib. 

Heykəlin yaxınlıqdakı yola düşməsi ehtimalı ilə əlaqədar yolda avtomobillərin hərəkəti qadağan olunub. İki insan fiqurundan ibarət abidə 18 parça halında kəsiləcək.

Xatırladaq ki, "İnsanlıq abidəsi" adlandırılan və türk-erməni dostluğunun simvolu kimi təqdim olunan heykəlin tikintisinə 2008-ci ildə başlanılıb. Abidə ucaldılsa da, tikintisi tam yekunlaşmayıb.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Qarsa səfəri zamanı bələdiyyə sədri və digər rəsmilərlə görüşündə bölgədə tarixi-memarlıq üslubuna zidd olan əcaib tikililərin sökülməli olduğunu bildirmişdi. O, məlum abidəni “eybəcər” ("uçubə") adlandırmışdı.

Abidənin sökülməsi ilə əlaqədar məhkəmə qərarı da var.






26 Aprel, 2011  17:18 Baxılıb: 1227 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner