Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Windows 7” -nin 350 milyon lisenziyası satılıb

Personal kompüterlər üçün ən sürətlə satılan proqram platforması olub

“Microsoft” korporasiyasının istehsalı olan “Windows 7” əməliyyat sistemi personal kompüterlər üçün ən sürətlə satılan proqram platforması olub.

Simsar.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Windows 7”-nin 2009-cu ilin oktyabr ayında təqdim olunmasından sonrakı 1,5 il ərzində bu platformanın əldə olunmasına dair 350 milyondan artıq lisenziya satılıb. 

Müqayisə üçün qeyd edək ki, “Microsoft” eyni vaxta “Windows Vista” əməliyyat sistemi üçün cəmi 180 milyon və XP platforması üçün təxminən 130 milyon lisenziya sata bilib. “Net Applications” analitik şirkətinin hesablamalarına görə, hazırda “Windows 7”-nin bazarda payı 24,2 faiz təşkil edir. Bununla belə, populyarlığa görə bu əməliyyat sistemi hələ bu sahənin 54,4 faizinə nəzarət edən “Windows XR” platformasından xeyli geridədir. “Vista”ya gəldikdə, onun bazardakı payı 11 faizdən azdır.

Ümumilikdə, əməliyyat sistemləri bazarının təqribən 90 faizi “Windows” seriyasının müxtəlif platformalarının payına düşür. İstifadə səviyyəsinə görə ikinci yeri 5,3 faizlə “Apple Mac OS X” platforması tutur. Hazırda “Microsoft” şirkəti “Windows 8” əməliyyat sistemi üzərində işləyir və bu platformanın gələn ilin ikinci yarısında “Windows 7”i versiyanı əvəz edəcəyi gözlənilir.






26 Aprel, 2011  17:13 Baxılıb: 1417 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner