Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qara dərili rəssamdan etiraz

“21-ci əsrdir, amma hələ də incəsənət, ədəbiyyat qara dəriləri qəbul edə bilmir”.

Simsar.az xəbər verir ki, Afrika əsilli amerikalı rəssam Kerri Ceyms Marşall irqi ayrıseçkilik haqda BBC-yə açıqlama verərkən deyib.

O qeyd edib ki, hər zaman, istər kino, istərsə də teatr sahəsində ağ dərili sənət adamları diqqətdə saxlanılıb. Londonun ən məşhur yerlərindən birində əl işləri sərgisini təşkil edən sənətkar deyir ki, qara dərili insanlardan ibarət rəsm əsərləri ağ dərilər tərəfindən narazılıqla qarşılanıb: “Əsas problem də budur. 21-ci əsr olsa da, hələ ki qara dərilər böyük kütlə tərəfindən qəbul edilə bilmir. Sərgidə diqqətdən kənarda qalan şəkillər obraz verdiyim qara dərililərə aiddir. İnsanlar üçün gözəllik anlayışı yalnız ağ dərilərə məxsusdur. Əgər bərabərlikdən, irqi ayrıseçkiliyin olmasında  söhbət gedirsə, gərək ki, bu düşüncələr də artıq beyinlərdə olmasın”.

İncəsənətin digər sahələrində, eləcə də kino və moda aləmində də qaradərililərin hüquqlarının qorunmasını, onlara da bərabərlik verilməsini istəyən Marşall qeyd edir ki, publisistik əsərlərdə də diqqət mərkəzində olan ağ dərilərdir. Lakin Marşall yaratdığı qara dərili “superqəhrəman”la bir daha  bütün gözəlliklərin, şücaətin yalnız ağ dərilərə məxsus olmadığını göstərdi.

Nigar Məhərrəm







1 Yanvar, 2015  10:14 Baxılıb: 765 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner