Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qənirə Paşayeva Fəxri Diplom və mükafatla təltif edildi

Millət vəkili Qənirə Paşayeva Müsəlman Türk  Davası Uğrunda göstərmiş olduğu çalışmalarına görə Fəxri Diplom və mükafatla təltif edilib.

Axısxa Türklərinin Kültür və Dayanışma Dərnəyi Yönətim Kurulu başqanı Aziz Aziz və Türkiyə İş Kurumu Kocaeli İl müdiri Öztekin Kaşıkçı və Axısxa türkləri fəalları millət vəkili Qənirə Paşayeva ilə görüşüblər və ona Müsəlman Türk Davası Uğrunda göstərmiş olduğu çalışmalarına görə  Axısxa Türklərinin  Kültür  və Dayanışma Dərnəyi adından Fəxri Diplom və mükafat təqdim ediblər. Görüş zamanı Axısxa türkləri, onların Gürcüstana öz vətənlərinə dönüşü ilə bağlı gedən proseslə bağlı ətraflı fikir mübadiləsi aparılıb və təşkilat rəsmiləri bu istiqamətdə hər zaman dəstəyinə görə millət vəkilinə təşəkkür ediblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Azərbaycan xalqı hər zaman Axısxa türkləri bacı-qardaşlarımızın yanında olub və hər zaman da olacaq. Qonaqlara Azərbaycan,

Qarabağ, Xocalı həqiqətləri ilə bağlı geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva onlara rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin hazırladığı "Azərbaycan həqiqətləri" sənədli filmləri kataloqunu, Azərbaycan mədəniyyəti,tarixi, Qarabağ həqiqətləri ilə bağlı materiallar, kitablar, filmlər və eyni zamanda müəllifi olduğu kitabları da hədiyyə edib. O, bildirib ki,

dünyanın hər yerində yaşayan Axısxa və Azərbaycan türkləri biri-birinə daha da çox dəstək verməlidir və böyüyən gənclərimizi də bu ruhda tərbiyə etməliyik. Çünki biz bir millətin övladlarıyiq və sevincimiz, kədərimiz də ortaq olmalıdır.






31 Dekabr, 2014  13:13 Baxılıb: 926 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner