Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Jurnalist Əvəz Zeynallı azadlığa buraxılıb

Baş redaktor jurnalistlərə açıqlamasında bütün əfv olunanları təbrik edib, digər həbsdə olanlara da azadlıq arzulayıb

Prezident İlham Əliyevin 29 dekabrda imzaladığı əfv sərəncamı 10 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

APA-nın məlumatına görə, sərəncam müəssisədə cəza çəkənlərdən beş nəfərə şamil edilib. Onlardan biri də jurnalist Əvəz Zeynallıdır.

Baş redaktor jurnalistlərə açıqlamasında bütün əfv olunanları təbrik edib, digər həbsdə olanlara da azadlıq  arzulayıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov müəssisədə əfv sərəncamının icrası mərasimində deyib ki, dünən imzalanan əfv sərəncamı 87 məhkuma şamil edilib. Beş nəfər cərimə cəzasından, üç nəfər isə islah işlərindən azad olunub.

Onun sözlərinə görə, 1995-ci ildən bu günə kimi 6025 məhkum cəzasının qalan hissəsindən azad edilib.

H. Əlixanov onu da bildirib ki, Əfv Komissiyası ciddi araşdırmalar aparandan sonra həmin şəxslər əfv olunur: "Əfv edilənlərin çox az  qismi sonradan cinayət törədir. Bu da onu göstərir ki, onlar ümidləri doğruldurlar".

Əfv sərəncamı 6 saylı cəzaçəkmə müəssisəsində də icra olunub

Bu müəssisədən isə 10 məhkum azadlığa çıxıb. Sərəncamın icrası jurnalistlərin iştirakı ilə həyata keçirilib.






30 Dekabr, 2014  13:00 Baxılıb: 799 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner