Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Obama: “Putin strateji səhv etdi” - VİDEO

ABŞ Prezidenti Barak Obama İŞİD-in böyük təhlükə olduğunu deyib və məsələyə dırnaqarası baxılmasının əleyhinə çıxıb.

Simsar.az xəbər verir ki, Barak Obama NPR-ın “Səhər buraxılışı” (“Morning Edition”) verilişində Stiv İnskipin suallarına cavablandırıb.

İŞİD təhlükəsindən danışan Obama onların Əlqaidə kimi özlərini periodik hücumlarla məhdudlaşdırmadıqlarını, güclü ordu qurma arzusunda olduqlarını qeyd edib. Obama İŞİD təhlükəsinin qarşısını almaq üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirib.

Veriliş zamanı Obama rusiyalı həmkarı Vladimir Putinə də mesaj göndərməyi unutmayıb.

Obama bildirib ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Vladimir Putinin Krım yarımadasını birləşdirməklə hansı strateji səhvə yol verdiyini göstərəcək.

Onun sözlərinə görə, hələ bir neçə ay əvvəl Vaşinqtonda hesab edirdilər ki, manevrləri ilə Qərbi dalana dirəyən və Rusiyanı gücləndirməklə Putin özünü strategiya dahisi kimi göstərir.

“İndi insanlar anlamağa başlayır ki, Putin heç də ağıllı iş görməyib. Beynəlxalq sanksiyaların tətbiqindən sonra Moskva dünya neftinin qiymətinin azalmasından asılı vəziyyətə düşdü”, - Obama bildirib.






30 Dekabr, 2014  11:51 Baxılıb: 864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner