Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Paytaxtda zəncirvari qəza

Bakının Qaradağ rayonu ərazisində bir nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

Simsar.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı- Qazax magistralının 12-km də qeydə alınıb. Asif İbrahimov idarə etdiyi "Volqa" markalı avtomobil ilə Ələt istiqamətində hərəkətdə olarkən qəfil geriyə dönərək əks yola keçmək istəyib. Bu zaman arxadan gələn, Şamil Bayramovun idarə etdiyi “Mercedes” markalı sərnişin mikroavtobusu "Qaz 31"ə, Faiq Əzizovun idarə etdiyi yük maşını isə sərnişin mikroavtobusuna çırpılıb. Baş verən qəzada "Mercedes"də olan bir sərnişin müxtəlif bədən xəsarətləri alıb. Əraziyə Qaradağ Rayon Yol Polisinin əməkdaşları və təcili tibbi yardım maşını çağırılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzanın baş verməsinə səbəb sürücü Asif İbrahimov yolun qadağan olunmuş hissəsində dönmə əməliyyatını həyata keçirmək istəməsi olub.

Faktla bağlı araşdırmalar aparılır.






30 Dekabr, 2014  10:22 Baxılıb: 834 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner