Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

69 il mövcud olmuş 92 yaşlı SSRİ

Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ - Союз Советских Социалистических Республик, СССР)  1922-1991-ci illərdə arasında indiki MDB dövlətləri ərazisində mövcud olmuş dövlətdir. SSRİ dünya tarixində rəsmi ideologiyası marksizm - leninzm - sol radikal sosialist ideologiyası olan dövlət olub. Adı Rusiya İmperiyasının varisi kimi tarixə yazılıb.

Simsar.az-ın məlumatına görə, dünyanın quru hissəsinin 1/6 hissəsi məhz SSRİ-nin payına düşüb (22 402 min km2). Birlik əhalisinin sayına görə isə dünyada 3-cü yerdə olub (1989, 1 yanvar  - 293 mln).

SSRİ-nin ərazisinin əsas hissəsini RSFSR təşkil edib. SSRİ yaradılarkən onun tərkibində  4 dövlət qurumu - Rusiya SFSR, Belarus SSR, Ukrayna SSR və tərkibində 3 dövləti birləşdirmiş Zaqafqaziya SFSR (Azərbaycan SSR, Gürcüstan SSR, Ermənistan SSR) olub. 1936-cı ilədək SSRİ-nin tərkibində Özbəkistan SSR, Türkmənistan SSR, Tacikistan SSR, Qırğızıstan SSR və Qazaxıstan SSR daxil edilib. Həmçinin, 1936-cı il islahatlarının nəticəsi olaraq Zaqafqaziya SFSR parçalanıb. Beləliklə, SSRİ formal 11 dövlətdən ibarət ittifaqa çevrilib.

İkinci dünya müharibəsindən qalib çıxan SSRİ tərkibinə Litva SSR-i, Moldova SSR-i, Estoniya SSR-i və Latviya SSR-i də qatıb. Beləliklə, SSRİ öz sərhədlərini Avropaya tərəf genişləndirib. Həmçinin Almaniyanın bir hissəsi də (keçmiş Kenisberq əyaləti) ona nəsib olub.

Tənəzzül…

1983-cü ildə Amerika Birləşmiş Ştatları prezidenti Ronald Reyqan Strateji Müdafiə Təşəbbüsü adlı kosmosda raketdən müdafiə planını həyata keçirməyə başladı. SSRİ həmçinin öz hərbi ve kosmik xərclərini artırdı. İqtisadi inkişafı sürətləndirmək üçün Qorbaçov "Sürətləndirmə", "Aşkarlıq" kimi şüarlar irəli sürdü.

"Aşkarlıq" bir çox zidiyyətləri üzə çıxartdı. Regionlarda etnik münaqişələr Sovetlərin vəziyyətini gərginləşdirdi. Azərbaycan SSR-in tərkibində olan Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başlanan separatçılıq hərəkatı "Böyük dağılmanın" başlanğıcı oldu. 1990-cı ilin martında Estoniya, Litva, may ayında isə Latviya müstəqilliklərini bərpa etmək haqqında qərar qəbul etdilər. Gürcüstanda suverenlik haqqında dekret qəbul olundu.

İyun ayında RSFSR dövlət suverenliyi barədə Bəyənnammə qəbul etdi. 1991-ci ilin iyununda Boris Yeltsin RSFSR-in prezidenti seçildi. 1991-ci ilin avqustunda Sovet İttifaqını qoruyub saxlamaq istəyən yüksək çinli məmurlar ölkədə Fövqəladə vəziyyət elan etdilər. Qorbaçovun "səhhəti ağır olduğu üçün" onun səlahiyyətləri Gennadi Yanayevə verildi. Yanayev Moskvaya hərbi qüvvə yeritdi, lakin bu cəhd uğursuz alındı. "Avqust qiyamı" puç oldu. Bu hadisədən sonra Kommunist Partiyasının fəaliyyəti dayandırıldı.

1991-ci il dekabrın 8-də SSRİ-ni təşkil etmiş – Rusiya SFSR, Ukrayna SSR və Belorus SSR SSRİ-nin parçalanması haqqında istəklərini bildirdilər. 1991-ci il dekabrın 25-də Mixail Qorbaçov istefa verdi. Dekabrın 26-da Kreml üzərindən SSRİ-nin qırmızı bayrağı endirildi və beləliklə 1922-ci il dekabr ayının 30-da yaranmış və 69 il mövcud olmuş SSRİ dağıldı.

Hüseyn İbadlı







30 Dekabr, 2014  09:00 Baxılıb: 1864 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner