Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Teleaparıcı Zaur Nəbioğlu efirə qayıdır

Simsar.az xəbər verir ki, çoxdandır efirlərdə görünməyən məşhur aparıcı Zaur Nəbioğlu maraqlı açıqlama verib.

Yeni ilin qədəm qoymasına sayılı günlər qalmış aparıcı sevənlərini sevindirmək qərarına gəlib. Bir neçə aydır başqa sahədə çalışan və o sahə barədə hələ ki, ətraflı məlumat vermək istəməyən Zaur sözügedən məsələ barədə gələn ilin mart aylarında acıqlama verəcəyini bildirib.

"Dediyim kimi, başim o işlərə qarışıq olduqundan bəzi reallaşdırmaq istədiyim planlarımı təxirə salmışdım. Bu aylar ərzində çox suallar oldu heç birinə aydınlıq gətirmədim, indi isə vaxtı gəlib və bir necəsinə özüm cavab vermek istəyirəm. Son zamanlar “Instagram”,”facebook” sosial şəbəkələrində şerlər və fərqli yazılar paylaşıram. O paylaşımları görənlər sosial şəbəkə,  telefon zengleri həm də görəndə mənə ən çox iki sual verirlər: “Zaur, özün yazmısan? Kimə ünvanlıdır?”. Xatırladım ki, yazıların 90 faizi sevgiyə aiddir. Nəhayət ki, b u gün suallardan birinə cavab verirəm, bəli bu yazdıqlarım mənə aiddir. Kimə aid olduğunu isə hələ ki, sual olaraq saxlayıram. Çünki o sualın tam açıqlamasını özüm də bilməliyəm".

Qarşıdan gələn planlar barədə də danışan aparıcı maraqlı açıqlama verib və fürsətdən istifadə edib hər kəsi qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik edib:

“2014-cü il yaddaşımda həm xoş həm də xoş olmayan anlarla qaldı. Bu il uğurlu çəkilişlər etdim, televiziya aparıcılığıma bir az ara verdim. Ən əsası isə bu il dayı oldum. 2015-ci ildən isə ancaq və ancaq xoş günlər gözləyirəm”-deyən Zaur yeni ilin ilk aylarında çox fərqli və böyük formatlı layihə ilə televiziyaya qayıdacağını bildirib.

Bundan əlavə olaraq yaxın günlərdə həmin verilişin video anonsunun yayımlanacağını və möhtəşəm layihhəyə start veriləcəyini bildirib. “Fürsətdən istifadə edib bu layihəmin gerçəkləşməsində mənə güvənən, dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. 2015-ci ilin ilk günlərində isə bu barədə media nümayəndələrinə geniş açıqlama verəcəm”.

Z.Nəbioğlu onu da qeyd edib ki, yeni ili iş başında qarşılayacaq. O, möhtəşəm otellərdən birində təşkil olunacaq  yeni il şənliyində aparıcılıq edəcək:

“31 dekabır türkiyənin məşhur müğənnisi Gökçe, 1 yanvar isə bir çoxlarının sevdiyi Gülşənin çıxış edəcəyi gecəni mənə həvalə olunub. Yeni ildə bütün oxucularınıza uğurlu günlər arzulayıram”.

 

Simsar.az






29 Dekabr, 2014  19:53 Baxılıb: 2350 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner