Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Ermənistanın hərbi rəhbərliyi yenə yalan tirajlayır" – MN

“Ermənilər əsir düşən hərbi qulluqçularını səhvən qarşı tərəfə keçən çoban, əqli cəhətdən zəif insan, dərd-sər ucbatından sərxoş olub yolu azan adam, bu dəfə isə “qanundan qaçan cinayətkar” qismində təqdim edirlər”

“Ermənistanın hərbi rəhbərliyi həmişə olduğu kimi, yenə də yalanı tirajlamaqla məşğuldur. Bu məsələnin maraqlı məqamlarından biri odur ki, baş verən konkret bir hadisə düşmənin hərbi-informasiya resursları tərəfindən müxtəlif formada yozulur, beləliklə, əsl həqiqət və real situasiya ictimaiyyətdən qəsdən gizlədilir”.

Bu barədə Simsar.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirlik bəyan edib ki, dekabrın 26-da əsir götürülən Ermənistan Silahlı Qüvvələrinin təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Arsen Baqdasaryan hadisəsi ilə bağlı erməni tərəfinin məsələyə münasibəti buna bariz nümunədir: “Düşmən tərəfi baş vermiş hadisə ilə bağlı ilk əvvəl bilərəkdən heç bir məlumat yaymadı. Halbuki Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsir düşmüşdü. Yalnız Azərbaycan tərəfinin bu hadisə ilə bağlı rəsmi məlumatı səsləndirildikdən sonra onlar öncə erməniləri təbliğata uymamağa səsləyən məlumat yaydılar, sonra isə əsir düşən erməni hərbçisi haqqında dövriyyəyə müxtəlif yalan versiyalar buraxaraq ictimai fikri yayındırmağa cəhd göstərdilər. Ermənilərin birinci yalanı: “A.Baqdasaryan - müqavilə əsasında xidmət etmiş keçmiş hərbi qulluqçudur”. Ermənilərin ikinci yalanı: “A.Baqdasaryan - məhkəmədən qaçan cinayətkardır”.

Erməni tərəfinin yaydığı məlumatları oxuduqda sual doğuran bir çox məsələlər ortaya çıxır. Əvvəl nizam-intizamı “yüksək olan” erməni ordusunda cinayət törədən şəxs və “keçmiş hərbi qulluqçu” A.Baqdasaryan necə və nə üçün ön xətdə - səngərdə olub və qoşunların təmas xəttində fəaliyyət göstərən diversiya qrupunun üzvüdür. Digər bir məsələ isə guya dəfələrlə nizam-intizamı pozmuş A.Baqdasaryanın məhkəməsi olacaqmış və bu səbəbdən də o, Azərbaycan tərəfinə qaçıb. Ermənilər bilmirlər ki, kimliyindən asılı olmayaraq, hələ məhkəmə olmadan istənilən insanın “cinayətkar” adlandırılmasının özü hüquqa ziddir. Digər maraqlı bir məqam isə daim “təriflənən”, “nümunə çəkilən”, “ədalətliliyi” ilə seçilən erməni məhkəməsinin hələ çıxarmadığı qərarın əvvəlcədən qeyri-obyektiv, ədalətsiz olacağını bilən ermənilərin güllə altında və minalanmış sahəni keçməklə ölüm təhlükəsini göz önünə alaraq Azərbaycan tərəfinə pənah gətirməsidir”.

Müdafiə Nazirliyi bildirir ki, ermənilər hər dəfə əsir düşən hərbi qulluqçularını səhvən qarşı tərəfə keçən çoban, həmkəndlisi ilə mübahisə edib evini tərk edən şəxs, əqli cəhətdən zəif insan, dərd-sər ucbatından sərxoş olub yolu azan adam, bu dəfə isə “ədalətli qanundan qaçan cinayətkar” qismində təqdim etməyə cəhd göstərirlər: “Amma ermənilər nə qədər çalışsalar da, həqiqəti gizlətmək mümkün olmur”.






29 Dekabr, 2014  18:45 Baxılıb: 656 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner