Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Türkiyə KİV rəsmiləri azərbaycanlı nazirlə - FOTO

Türkiyə KİV rəsmiləri Gənclər və İdman naziri Azad Rəhimovla görüşdə Azərbaycan həqiqətlərinin daha geniş yayılmasında gənclərimizin rolunun vacibliyindən danışıblar.

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə “Qarabağdan Anadoluya Könül Körpüsü” layihəsi çərçivəsində  ölkəmizdə səfərdə GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, radyo temponun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, İsmayıl Türk, Kanal 35TV Yayın Yönetmeni Halit Tunç, Beyaz tv "Dinamıt" proqramının aparıcısı və müəllifi Latif Şimşek Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov ilə görüşüblər. Qonaqları ölkəmizdə salamlamaqdan məmnun olduğunu deyən Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizdə həyata keçirilən gənclər və idman  siyasəti barədə geniş məlumat verib. Azərbaycanın bir çox mötəbər idman yarışlarına ev sahibliyi etdiyini vurğulayan Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov ölkəmizin getdikcə idman ölkəsinə çevrildiyini və cari ilin Azərbaycan idmanı və idmançıları üçün uğurlu olduğunu deyib. İlk Avropa Olimpiya Oyunlarının gələn il Bakıda keçiriləcəyini qeyd edən Gənclər və İdman naziri Azad Rəhimov bununla bağlı həyata keçirilən tədbirlər, işlər barəsində geniş məlumat verib. Görüşdə  gənclər və idman sahələrində həyata keçirilən layihələr barədə məlumat verilib və Azərbaycan və Türkiyə  arasında bu sahələrdə  daha sıx əməkdaşlıq, Azərbaycanın və Türkiyənin media nümayəndələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi, Azərbaycan-Türkiyə əlaqələrinin bu günü və perspektivləri  barədə fikir mübadiləsi də aparılıb. Gənclər və İdman naziri A.Rəhimov və millət vəkili Q.Paşayeva Azərbaycanın, Qarabağ və Xocalı Soyqırımı həqiqətlərinin daha geniş tanıdılması istiqamətində  səylərini bundan sonra daha da artıracaqlarını və bu səfərin bu istiqamətdə onlar üçün böyük önəm daşıdığına inandıqlarını deyiblər. GAP Qəzetəçilər Birliyinin rəhbəri Zeynel Abidin Kıymaz, GAP Qəzetəçilər Birliyinin üzvü, radyo temponun sahibi Hamit Özpolat, GAP Qəzetəçilər Birliyinin baş katibi Fahrettin Çelik, GAP Qəzetəçilər Birliyinin idarə heyətinin üzvü Mustafa Saim Ayhan, GAP Qəzetəçilər Birliyinin rəhbərinin müavini Durdu Mehmet Taş, Kanal 35TV Yayın Yönetmeni halit Tunç, Beyaz tv "Dinamıt" proqramının aparıcısı və müəllifi Latif Şimşek  Azərbaycanda olmaqdan, daha geniş tanımaqdan  məmnun  olduqlarını  və  Azərbaycanı özlərinə çox doğma hesab etdiklərini, burada özlərini vətəndəki kimi hiss etdiklərini bildirib, bu səfərin onlar üçün çox önəmli olduğunu, Bakı, Sumqayıt, Quba şəhərlərini ziyarət ediklərini, şəhid ailələri, Xocalı sakinləri, Qarabağ qaziləri ilə görüşlər keçirdiklərini bildiriblər, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında ölkədə görülən işlər, gənclər və idman sahəsində görülən işlərin Türkiyə ictimaiyyətinin diqqətinə daha geniş şəkildə çatdırmaq üçün səylərini davam etdirəcəklərini bildiriblər.

Simsar.az

 

 

 

 






29 Dekabr, 2014  18:18 Baxılıb: 895 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner