Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Azadlıq radiosu” çirkli pulların yuyulmasında və mənimsənilməsində şübhəli bilinir

Bir sıra qeyri-hökumət təşkilatlarının cinayət işinin araşdırılması çərçivəsində “Azadlıq radiosu”na xaricdən külli miqdarda pulun daxil olması barədə məlumat daxil olub.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə istintaqa yaxın mənbədən məlumat verilib.

Məlumata əsasən, 2010-cu ildə radionun hesabına 760 min dollardan, 2011-ci ildə 570 min dollardan, 2012-ci ildə 700 min dollardan, 2013-cü ildə 780 min dollardan, 2014-cü ildə isə 730 min dollardan çox vəsait daxil olub.

Alınmış məlumatla əlaqədar olaraq məhkəmənin qərarı ilə bu il dekabrın 20-də “Azadlıq radiosu”nun hesabına həbs qoyulub, dekabrın 26-da radionun yerləşdiyi binada axtarış aparılıb, sənəd və avadanlıqların siyahısı çıxarılıb. Məkan möhürlənib və mühafizə altına alınıb.

“Azadlıq radiosu”nun fəaliyyəti ilə bağlı bir sıra şahidlər dindirilib. Onlardan biri, Şahvələd Namazov öz ifadəsində bildirib ki, o, “Fərqli düşüncə” qəzetinin təsisçisidir. Qəzet 2009-cu ildə “Aazadlıq radiosu”nun saytında yayılan materialların dərc edilməsi məqsədi ilə yaradılıb. Müqaviləyə görə, “Azadlıq radiosu” qəzetin hər nömrəsinə görə onun bankdakı hesabına 900 manat, 2011-ci ilin oktybar ayının sonundan etibarən 1300 manat köçürməyə başlayıb. Qəzet həftəlik qəzet olub və bəzən ayda 1-2 dəfə işıq üzü görüb. Qəzet 2014-cü ilin may ayına qədər dərc edilib və pulsuz paylanılıb.

“Hazrda “Azadlıq radiosu”nun fəaliyyəti araşdırılır və istintaq zamanı artıq bir necə ciddi qanun pozuntusu faktı aşkarlanıb. İstintaq orqanları radionun çirkli pulların yuyulmasında iştirak etməsindən və bu pulların bir hissəsini mənimsəməsindən şübhələnir”,- deyə mənbə qeyd edib.






29 Dekabr, 2014  17:20 Baxılıb: 620 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner