Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

FHN-dən yanğınla bağlı XƏBƏRDALIQ

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

FHN-in mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, xəbərdarlıqda qeyd olunub ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bu səbəbdən vətəndaşlar bəzi təhlükəsizlik qaydalarını bilməlidir

FHN bildirir ki, evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır. Küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməli, ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı məhlula hopdurulmalı, küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir.

Bayram şənlikləri ikinci mərtəbədən yuxarıda olmayan otaqda keçirilməli, otağın divarları, arakəsmələri, tavan və döşəməsi oda davamlı, məkanın iki çıxış qapısı olmalıdır. Bundan başqa, şənlik məkanlarında ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı, otağın qapıları mütləq bayıra açılmalıdır. Dəmir barmaqlıqlı pəncərəsi olan otaqda Yeni il şənliyi keçirilməməli, şənlikdə məkan üçün nəzərdə tutulan saydan artıq insan olmamalı, işıq tam söndürülməməli, şənliyə pambıq, tənzif, kağız və bu cür tezalışan materialdan paltar geyinilməməli, şənlik məkanı ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.






29 Dekabr, 2014  15:53 Baxılıb: 858 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner