Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Xalq dastanlarımız müasir metodla təqdim olunur

AMEA Folklor İnstitutunun studiyası tərəfindən Azərbaycan xalq dastanları 3 diskdə buraxılıb.

Simsar.az xəbər verir ki, tərtib edənlər AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), fil.ü.f.d. Elxan Məmmədli, Miraslan Bəkirli, fil.ü.f.d. Elçin Abbasov, Elşad Məmmədovdur.

Dastan ifaçılığı haqqında geniş təsəvvür yaratmaq və bu ifaçılığı əvəzsiz bir sənət sahəsi olaraq gələcək nəsillərə ötürmək məqsədilə AMEA Folklor İnstitutu silsilə musiqi albomları buraxmağı vacib iş sayır. İlk albomda dastan ifaçılığına örnək olaraq Aşıq Hüseyn Saraclının ifasında “Əsli-Kərəm”, Aşıq Əkbərin ifasında “Novruz-Qəndab”, Aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanından əsas hissələr yer alıb. Hər 3 dastan Azərbaycan məhəbbət dastanlarının ən gözəl nümunələri sırasındadır.

Bildirək ki, Folklor studiyasının yaradılmasında məqsəd folklorun toplanması və konservasiyası prosesində texniki təminatın həyata keçirilməsi, elektron informasiya bazasının zənginləşdirilməsi, yüksək səviyyəli audio və video materialların hazırlanması işlərinin təmin edilməsidir.

Nigar Məhərrəm







29 Dekabr, 2014  09:30 Baxılıb: 929 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner