Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bu gün Əzizə Cəfərzadə anılır

Xalq yazıçısı  Cəfərzadə Əzizə Məmməd qızı 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olub.

Simsar.az xəbər verir ki, o,  ibtidai təhsilini 25 saylı məktəbdə alıb, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxuyub, 1942-1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləyib. 1946-1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1944-1946-ci illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947-1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950-1955-ci illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka pedaqoji institutunda dosent, 1957-74-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-ci ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışıb.

Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə “XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri” mövzusunda namizədlik, 1970-ci ildə “XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

Ədəbi fəaliyyətə 16 yaşında başlayıb və “Əzrail” adlı ilk hekayəsini 1937-ci ildə “Ədəbiyyat” qəzetində çap etdirib. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılıb. Əzizə xanımın nəsr əsərləri əsasən tarixi roman janrında yazılıb. O, müasir Azərbaycan nəsr tarixində bu janrı yenidən həyata gətirib. “Natavan haqqında hekayələr” (1963) ,”Aləmdə səsim var mənim” (1973-1978), “Vətənə qayıt” (1977), ”Yad et məni” (1980) , “Bakı-1501” (1981), “Cəlaliyyə” (1983), “Eldən-elə” (1992) , “Bir səsin faciəsi” (1995) , “Gülüstandan öncə” (1996) , “Zərrintac-Tahirə” (1996) , “İşığa doğru” (1998) , “Bəla” (2001), “Rübabə-sultanım” (2001) , “Xəzərin göz yaşları” (2003) , “Eşq Sultanı”  və s. əsərlərin müəllifidir.

Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

 






29 Dekabr, 2014  09:22 Baxılıb: 1091 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner