Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Motosiklet yarışı faciə ilə bitdi - BAKIDA

Gecə saatlarında Bakının Nəsimi rayonu ərazisində bir qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Simsar.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, paytaxtın Nəsimi rayonunda “Chevrolet” markalı minik avtomobili və “Zontes” markalı motosiklet toqquşub.

Nəticədə motosikletdəki sərnişin, 1995-ci il təvəllüdlü Abdullayeva Nərmin Rasim qızı motosikletdən yıxılaraq avtomobilin altına düşüb və sıxılmış vəziyyətdə qalıb. N.Abdullayevanın cəsədi xilasedicilər tərəfindən avtomobilin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, qəza Azadlıq prospektində, Birləşmiş Ştatların Bakıdakı səfirliyi qarşısında baş verib. “Chevrolet” markalı minik avtomobili səfirliyə məxsus olub.






29 Dekabr, 2014  09:17 Baxılıb: 867 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner