Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

NATO gizli şəkildə Əfqanıstandan çıxdı

NATO Əfqanıstandakı 13 illik mövcudluğuna rəsmən son verib.

“Əl Cəzirə” bildirir ki, bu münasibətlə paytaxt Kabildə tədbir keçirilib. Maraqlıdır ki, NATO öz tədbirini gizli şəkildə həyata keçirməli olub. Əcnəbi hərbçilər “Taliban”ın hücumundan ehtiyat etdiklərinə görə, tədbir təntənədən uzaq olub.

Bundan sonra ABŞ-ın rəhbərlik etdiyi İSAF adlı hərbi qrup Əfqanıstanda hərbi təlimlər keçəcək və orduya dəstək verəcək.

“Əl Cəzirə” bildirir ki, NATO ilə Əfqanıstan arasındakı rəsmi münasibətlər bununla da başa çatır. Və bu il Əfqanıstanda xüsusilə itkilər çox olub. Belə ki, ölkə 4.600 nəfər əsgər və polis itirib.

Qeyd olunur ki, bununla belə, Əfqanıstanda 12.500 əcnəbi hərbçi qalacaq. Onlar birbaşa döyüşlərdə iştirak etməyəcəklər. Ancaq yerli orduya hər cür yardım göstərəcəklər.

2011-ci ildə isə Əfqanıstanda olan əcnəbi hərbçilərin sayı 130 min nəfər idi. Onlar 50 ölkənin təmsil edirdilər. Bundan sonra isə 350 minlik Əfqanıstan Ordusu bütün məsuliyyəti öz üzərinə götürməli olacaq.

Televiziyanın şərhçisi qeyd edib ki, sadə əfqanlar NATO-nun gedişindən narahatdır. Onlar qorxurlar ki, ölkədə siyasi stabillik yenidən təhlükə altına düşə bilər. “Taliban”ın fəallaşması da sadə insanlar tərəfindən xoş qarşılanmır.

Müsavat.com






28 Dekabr, 2014  23:04 Baxılıb: 810 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner