Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azadlıq Radiosunun əməkdaşları prokurorluğa aparılıb

Azadlıq Radiosu əməkdaşlarının prokurorluğa çağırılması ilə bağlı məlumat yayıb.

Simsar.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, dekabrın 27 və 28-də  Azadlıq Radiosunun Bakı Bürosunun demək olar ki, bütün əməkaşlarının  mənzilinə polis gəlib. Əldə olunan məlumata görə polisə  nəyin bahasına olursa-olsun, Azadlıq Radiosunun jurnalistlərini prokurorluğa gətirmək əmri verilib. Baxmayaraq ki, Azadlıq Radiosunun bütün jurnalistləri dekabırın 29-da vəkillə birlikdə prokurorluğa gəlməyə razı olmuşdular.

Bu səhər Azadlıq Radiosunun əmədaşı, Kamran Mahmudovu zorla öz mənzilindən aparıblar, onu hətta ayaqqabılarını və üst geyimini geyinməyə qoymayıblar. Onun həyat yoldaşı Lətifə Mahmuova Azadlıq Radiosuna telefonla deyib ki, səhər saatlarında 2 polis zabiti gəlib, onlar qonşularla maraqlandıqlarını desələr də, zorla mənzilə giriblər, qorxuya düşüb, ağlayan uşaqlarının gözü qabağında Kamranı həbs ediblər. Kamran Mahmudov dindirilmək üçün Yasamal rayon prokurorluğuna aparılıb.

Bu səhər Azadlıq Radiosunun Bakı bürosunun xidmətçisi Mətanət Abdinova da polis məntəqsinə aparılıb, sonradan onu istintaqa aparıblar.

Azadlıq Radiosunun digər iki əməkdaşı Cingiz Sultansoy və Vüsalə Mehdiyeva da həmçinin yerli polis məntəqəsinə aparılıb, sonra onları prokurorluğa aparıblar.

Azadlıq radiosunun 10-a yaxın əməkdaşı hal-hazırda prokurorluqda dindirilir. Radionun vəkili Yalçın İmanov prokurorluq tərəfindən dərhal jurnalistlərin müdafiəsindən kənərlaşdırılıb.  Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində vəkilə bildiriblər ki, o işdən kənarlaşdırılır və şahid qismində ifadə verməlidir.  Radionun əməkdaşları faktiki olaraq vəkilsiz qaliblar.

***

Dekabrın 28-də səhər saatlarında Azadlıq Radiosunun əməkdaşlarının mənzilləri polis basqınına məruz qalıb. Bu barədə "Facebook" səhifəsində xəbər paylaşan jurnalist Əfqan Muxtarlı bildirib ki, polis səhər tezdən jurnalist, rus xidmətinin rəhbəri Çingiz Sultansoyu, İşdən Sonra verilişinin prodüssoru Kamran Mahmudovu, jurnalist Vüsalə Əlibəyli ve radionun xadiməsi Mətanət xanımın evinə basqın edərək onları idarəyə aparıb.

Bildirildiyinə görə, onlara polisə çağrılmaq haqqında heç bir sənəd göstərilməyib.

Hazırda jurnalist Çingiz Sultansoy Yasamal Rayon Prokurorluğundadır.

Bu gün istirahət günü olsa da, hüquq-mühafizə orqanlarının bu əməliyyatı qanunvericiliyin hansı maddəsinə əsasən həyata keçirildiyi açıqlanmayıb.






28 Dekabr, 2014  14:20 Baxılıb: 892 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner