Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ-dan gələn qonaq QHT rəhbərləri ilə bir arada

Mövzu vətəndaş cəmiyyətinin durumu, söz və ifadə azadlığı olub

Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanau bu gün vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşüb.

Bu barədə APA-ya görüşdə iştirak etmiş Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov məlumat verib.
Görüşə E. Namazovla yanaşı, Leyla Əliyeva, Leyla Yunus, Hikmət Hacızadə, İntiqam Əliyev, Şahin Hacıyev də qatılıblar.

Görüşdə Azərbaycandakı ictimai-siyasi proseslər, demokratik islahatların aparılmasında yaranan problemlər, vətəndaş cəmiyyətinin durumu, söz və ifadə azadlığı, gənc fəallarla bağlı problemlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirliyi də T. Kaydanaunun səfəri haqqında məlumat yayıb. Səfirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki,
Bakıya səfəri çərçivəsində T. Kaydanau aprelin 25-də prezident İlham Əliyev, xarici işlər naziri Elmar Mammadyarov, Azərbaycan hökumətin digər yüksək rütbəli rəsmiləri və vətəndaş cəmiyyətinin liderləri ilə görüşüb.

Görüş zamanı xanım Kaydanau regional məsələlər və ABŞ-Azərbaycan ikitərəfli münasibətləri ilə bağlı fikirlərini bölüşüb, təhlükəsizlik, enerji və demokratik islahatlar sahələrində ikitərəfli əməkdaşlığın əsasında duran strateji və ortaq maraqları vurğulayıb.






26 Aprel, 2011  03:07 Baxılıb: 1032 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner