Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycanlı aktyor Hollivudda filmə çəkilir

Azərbaycanlı aktyor Kamran Ağabalayev Simsar.az-a açıqlamasında Türkiyədə çəkildiyi filmdən danışıb: “Tərk edilmiş” filminin baş rollarından birini canlandrıram, tərəf müqabilim isə Könül Nağıyevadır. Bundan başqa Sema Şimşek, Levent Ulgen, Burak Sarimola, Hakki Ergok, Hakan Vanlı və Nəriman Uğur da filmdə rol alıb. Film dram janrındadır”. Aktyorun sözlərinə görə, yeni ekran əsəri martın 27-sindən etibarən Türkiyədə 170 kinoteatrda nümayiş olunacaq. Ondan bir neçə gün sonra isə aktyor heyəti Bakıda filmin təqdimatını keçirəcəklər. Filmin ssenari müəllifi və rejissoru Korhan Uğurdur. K.Ağabalayev deyir ki, “Qanunnaminə” filmində aktrisa Könül Nağıyeva ilə oynadıqları bacı-qardaş obrazı rejissor tərəfindən çox bəyənilib, Məhz bu səbəbdən də onlar yenidən tərəf müqabili kimi baş rola dəvət alıblar.

Aktyor martda Hollivudda ərsəyə gələcək filmdən də söz açıb. K.Ağabalayev filmin adını isə sirr kimi saxlamaq istədi: “Hollivudda çəkildiyim filmlə əlaqədar olaraq müqavilədə bəzi nüanslar var ki, onlara əsasən filmin və rejissorun adını açıqlaya bilmərəm. Onu qeyd edə bilərəm ki, ikinci planda oyanayacağam. On üç günlük çəkilişim olacaq”.

 

Nigar Məhərrəm

 







27 Dekabr, 2014  16:29 Baxılıb: 1261 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner