Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Şamaxıda iki uşaq anası yandı

Şamaxı şəhərində bir nəfərin ağır yanıq xəsarətləri alması ilə nəticələnən partlayış baş verib.

Simsar.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 13:00 radələrində Şamaxı şəhərinin M.F.Axundov küçəsindəki 68 saylı mənzildə qeydə alınıb.

1971-ci il təvəllüdlü ev sahibi Nigar Səlim qızı Hüseynova hamam otağındakı su qızdırıcısını işə salmaq istəyərkən təbii qazın yandırılmasını düzgün yerinə yetirməyib. Nəticədə kustar üsulla hazırlanan su qızdırıcısının içinə dolan qaz alışma zamanı partlayışa səbəb olub. Hadisə zamanı iki uşaq anası N.Hüseynova bədənin müxtəlif nahiyələrinin II və III dərəcəli termiki yanığı diaqnozu ilə Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda N.Hüseynovanın vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.






27 Dekabr, 2014  15:28 Baxılıb: 822 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner