Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qarabağ problemi Argentina mətbuatında – MƏQALƏ

Argentinanın “İnfobae” elektron qəzetində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair yazı dərc olunub.

Simsar.az xəbər verir ki, Argentinanın aparıcı elektron qəzetlərindən olan İnfobae-də Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadənin yazısı dərc olunub. Azərbaycanlı diplomat bu yazısı ilə Daşnaqsütun partiyasının nümayəndəliyi olan Cənubi Amerika Erməni Milli Şurasının direktoru Lukas Koussikianın bir müddət əvvəl həmin KİV-də dərc olunmuş Ermənistan-Azərbaycan münaqişəsini təhrif edən və Azərbaycanla bağlı təxribatçı fikirləri əks etdirən məqaləsinə cavab verib.Yazısında Azərbaycan diplomatı bildirmişdir ki, erməni mənşəli müəllifin məqaləsi Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünü ört-basdır etmək üçün adı çəkilən münaqişə ilə və Azərbaycanla bağlı erməni tərəfinin dezinformasiyasının bariz nümunəsidir.

Məmməd Əhmədzadə Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu, qondarma “DQR”in isə Ermənistan tərəfindən qeyri-qanuni yaradılmış oyuncaq rejim olduğunu bildirib, ermənilərin Dağlıq Qarabağa yerləşməsi, habelə Azərbaycanın tərkibində əhalisi qarışıq azərbaycanlı və ermənilərdən ibarət olan Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının tarixindən bəhs edib. “SSRİ-nin dağılmasından sonra Ermənistan Azərbaycanın ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu hərbi cəhətdən işğal edir, həmin torpaqlardan azərbaycanlıları qovur və beynəlxalq humanitar hüququ pozaraq dinc azərbaycanlı əhaliyə qarşı qətliamlar, o cümlədən Xocalı soyqırımını törədir”, deyə diplomat qeyd edib.

BMT və digər çoxsaylı beynəlxalq təşkilatların münaqişə ilə bağlı mövqeyinə istinad edən diplomat həmin təşkilatların Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıdığını və Azərbaycan ərazisindən Ermənistanın hərbi qüvvələrinin çıxarılmasını və məcburi köçkünə çevrilmiş azərbaycanlıların öz yurdlarına qayıtmasını tələb etdiyini bildirib. Beynəlxalq birliyin bu mövqeyinin Ermənistan tərəfindən inkar edildiyini vurğulayan Məmməd Əhmədzadə 12 noyabr tarixində Ermənistanın hərbi helikopterlərinin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulmasını Ermənistanın təcavüzünün davam etməsinin ən bariz göstəricisi olduğunu deyib. Azərbaycanın torpaqlarını işğal edən Ermənistanın Qlobal Hərbiləşdirmə İndeksinə görə dünyada üçüncü ən çox hərbiləşdirilmiş ölkə olduğunu bildirən diplomat Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad etmək və öz ərazi bütövlüyünü bərpa etmək hüququnu özündə saxladığını və öz müdafiə sektorunu gücləndirdiyini qeyd edib.

Hazırda Ermənistanda hakimiyyətdə olan hərbi diktatura rejiminin rəhbərlərinin əvvəllər Dağlıq Qarabağdakı separatçılara rəhbərlik etmiş, azərbaycanlı mülki əhaliyə qarşı qətliamlar, o cümlədən Xocalı soyqırımını törətmiş, sonradan isə Ermənistanda öz dinc vətəndaşlarına qarşı qətllər və terror həyata keçirərək hakimiyyəti qəsb etmiş və Ermənistanı dünyada ən geridə qalmış ölkələrdən birinə çevirmiş şəxslər olduğunu bildirən diplomat yazısını bu fikirlərlə tamamlayıb: “Ermənistanın ağır problemlərinin həlli yalnız regionun iqtisadiyyatının 80 faizinə mənsub olan Azərbaycanla əməkdaşlıqdan asılıdır. Ermənistan regionda sülh və sabitliyə ən başlıca təhdid olan bu münaqişənin nizamlanmasına tələsməlidir. Bu xüsusda, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlı məcbui köçkünlərin öz torpaqlarına qaytarılması açar elementlərdir”.

 

 






27 Dekabr, 2014  13:35 Baxılıb: 881 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner