Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Məşhurlar uşaq evində – FOTOLAR

Simsar.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri – Azərbaycan Mədəniyyəti Mərkəzinin sədri Tural Bayraməliyev Mərdəkanda yerləşən 3 saylı uşaq evinin sakinlərinə bayram sevinci yaşadıb. Sənətçilərin cəm olduğu bayram törənində bir çox fiziki və əqli problemləri olan uşaqlara bayram süfrəsi açılıb. Təamlardan dadıb, sənətçilərin mahnılarının sədaları altında oynayan uşaqlara sonda qurumun sədri tərəfindən hədiyyələr təqdim edilib.

Xeyriyyə tədbirində tanınmışlardan Elçin Cəfərov, Humay Qədimova, Yaşar Yusub, Mirkamil Kamilov, Cavid Gül və başqaları qatılıb. Məşhurlar fiziki qüsurlu uşaqlarla növbəti görüşə hazırlaşdıqlarını bildiriblər.

Qeyd edək ki, Mərdəkan 3 saylı uşaq evində dekabrın 30-da Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə uşaqlar üçün geniş bayram proqramı təşkil ediləcək. Tural Bayraməliyev həmin tədbirə qatılacağını və sənətçi dostlarının uşaqların istəyi ilə onlara mahnı tövhələrini təqdim edəcəyini bildirib. Mədəniyyət mərkəzinin sədri eyni zamanda fiziki qüsurlu uşaqlara bayram hədiyyələri təqdim edəcəyini də bildirib.

 

Nigar






27 Dekabr, 2014  12:10 Baxılıb: 1042 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner