Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

NAZİR: “Əcnəbi filmlər öz dilimizdə səsləndirilməli, ya da...”

Simsar.az-ın xəbərinə görə, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev kinoteatrlarda əcnəbi filmlərin yerli dildə tərcümə olunmasının vacibliyindən danışıb: “Əcnəbi filmlərin kinoteatrlarda başqa dillərdə təqdim olunması yaxşı hal deyil. Bu məsələ məni də narahat edir. Artıq təşəbbüs irəli sürülüb ki, qanunvericilik baxımından Azərbayanda nümayiş olunan əcnəbi filmlər ya Azərbaycan dilində səsləndirilməli, ya  da yazılı titırlar kimi verilməlidir. Bu təcrübə bütün dünyada özünü doğruldub”. Kinoteatr rəhbərlərinə yazılı məktub yolladıqlarını da diqqətə çatdıran nazir problemin tam həlli üçün uyğun variantların düşünüldüyünü deyib: “Bütün kinoteatr sahiblərinə yazılı məktub yolladıq və bildirdik ki, yalnız dövlət reyestrindən keçən filmlər nümayiş oluna bilər. Bu gün bütün dillər reyestrdən keçirilir. Burada vaxt söhbəti də var. Çalışmaq lazımdır ki, film daha tez müddətdə dublyaj olunub kinoteatrlarda təqdim edilsin. Hazırda bu işin tam həlli üçün uyğun variantlar düşünürük”.

 

Nigar Məhərrəm







27 Dekabr, 2014  11:16 Baxılıb: 926 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43





sagbanner